Logo
    main-post-cover

    COVID-19-un mənşəyi Uhan Virusologiya İnstitutu ola bilər

    Elm & Texnologiya
    04.12.2024
    Emil
         ABŞ Konqresi belə qənaətə gəlib ki, koronavirus böyük ehtimal ilə Uhandakı laboratoriyada baş vermiş sızıntı nəticəsində formalaşıb. Konqresin koronavirus ilə bağlı alt komissiyasının təqdim etmiş olduğu hesabatda bu versiyaya dair ciddi arqumentlər qeyd edilib. Koronavirusun mənşəyi aktual müzakirə mövzusu olmaqda davam edir. ABŞ Konqresinin təqdim etmiş olduğu hesabat sözügedən virusun laboratoriya mənşəyini işıq üzünə çıxarır. Bu isə öz növbəsində bu sahədəki tədqiqatların təhlükəsizlikləri ilə bağlı ciddi sualları ortaya qoyur.
         Aparılmış 2 illik araşdırmadan sonra ABŞ Konqresi bildirib ki, koronavirus Uhan Virusologiya İnstitutundan yayılmış ola bilər. Bu versiyanın doğruluğunu əks etdirən 5 arqument qeyd edilib. Hesabatda qeyd edilib ki, virus unikal bioloji özəlliklərə sahibdir və bu özəlliklərə təbiətdə rast gəlinmir. Mütəxəssislər hesab edirlər ki, bütün COVID-19 halları bir mənbədən əmələ gəliblər. Bununla yanaşı onlar Uhanda aparılmış tədqiqatlar tarixçəsini qeyd ediblər. Hesabata əsasən Uhanda lazımi səviyyədə təhlükəsizlik tədbirlərinin təmin olunmadıqları halda viruslarla bağlı araşdırmalar aparılıb.
         Məlumdur ki, Uhandakı bəzi tədqiqatçılar 2019-cu ildə COVID-19-a bənzər virusa yoluxmuş ola bilərlər. Digər tərəfdən ABŞ və Avropadan olan alimlər hələ bir neçə müddət bundan öncə bildirmişdilər ki, koronavirusun mənşəyi Uhandakı dəniz məhsulları bazarı olmuş ola bilər. Həmin bazarda virus daşıyıcısı ola bilən məməli heyvanların satışları reallaşdırılıb. Aparılmış araşdırma isə onu göstərib ki, bazarın məhz bu cür məməli heyvanların satışları reallaşdırılmış sahələrində koronavirusa ilk yoluxma halları qeydə alınıb. Bu isə öz növbəsində pandemiyanın mənşəyi ilə bağlı tam təsvirin formalaşma prosesini qəlizləşdirir.
    Paylaş