main-post-cover

    Curiosity aparatı Marsdakı 2000-ci gününü qeyd edir

    Elm & Texnologiya
    26.03.2018
    Orxan Oguz
        NASA tərəfindən 2011-ci ildə kosmosa göndərilən və 2012-ci ildə Marsın səthinə enən Curiosity kosmik aparatı planetdəki 2000-ci gününü dünən başa vurdu. 2011-ci ildə kosmosa göndərilən və 6 avqust 2012-ci ildə Marsda Gate kraterinə enən kosmik aparat qırmızı planetə endiyi gündən bu günə qədər 154 kilometr yol qət edib. 
        Kosmik aparatın istifadə müddətinin 700 gündən sonra başa çatacağı güman edilirdi. Amma Curiosity demək olar ki, 3 dəfə çox orada qala bildi. Hər bir halda bu onun problemlər yaşamadığı anlamına gəlmir. Əvvəla kosmik aparatın performansında müəyyən düşmələr var. Artıq daha yavaş hərəkət edən Curiosity-nin gövdə və şinlərində hava şərtlərindən qaynaqlanan aşınmalar yaranmağa başlayıb. 
        Curiosity Mars planetində iqlim şərtləri və həyatla bağlı məlumatlar əldə etmək üçün müxtəlif analizlər və araşdırmalar aparır. Təxminən 3x2x2 metr ölçülərinə və 889 kq ağırlığa sahib olan Curiosity tərəfindən çəkilib NASA-ya göndərilən görüntülər bütün dünyada maraq görür. Üstündəki müxtəlif ölçü cihazları ilə Mars səthini araşdırıb nümunələr götürən və bunları analiz edən Curiosity qırmızı planetlə bağlı olaraq vacib məlumatların üzə çıxmasına yardımçı olmuşdu. NASA-dan verilən açıqlamada görə Curiosity kosmik aparatının araşdırmalarının davam edəcəyi bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər