Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru təqdim edib

Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru təqdim edib

Texnologiya
20.01.2021 PAYLAŞIM

    MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 Dimensity 1100 prosessorlarından gedir. 6 nanometrlik Dimensity 1100 modeli keçən ilki Dimensity 1000 flaqman prosessorunun bir qədər yaxşılaşdırılmış versiyasıdır. Dimensity 1200 isə yüksək performansı ilə fərqlənən yeni flaqman prosessordur. Qeyd etmək laızmdır ki, Dimensity 1200 də 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Dimensity 1200 modeli 2.6 GH tezlikdə çalışan 3 ədəd Cortex-A78 nüvəsi, 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A78 nüvəsi və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsi ilə təchiz olunub.

    Dimensity 1100 prosessoru isə 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsi və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsi ilə təchiz olunub. Hər iki prosessorda qrafik özəlliklərdən ARM Mali-G77 MC9 çipi cavabdehdir. Bununla yanaşı şirkət bildirib ki, hər iki prosessor ray tracing texnologiyasının dəstəyinə sahibdir. Bu məsələdə şirkət əlavə bir məlumat verməyib. Prosessorlar həmçinin Wi-Fi 6, Bluetooth 5.2 dəstəyinə sahibdirlər və 6 GHz tezlikdə çalışa bilən 5G modem ilə təchiz olunublar. Buna baxmayaraq sözügedən prosessorlarda mmWave 5G dəstəyi reallaşdırılmayıb. Təqdim edilmiş bu iki prosessor öz aralarında dəstəklənən ekran və kameralar ilə fərqlənirlər.


    Belə ki, Dimensity 1200 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ və 168 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ ekranları dəstəkləyir. Kameralara gəldikdə isə sözügedən prosessor 200 MP-ə kimi olan mobil kameraları dəstəkləyir. Dimensity 1100 isə 90 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ və 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ ekranları dəstəkləyir. Bununla yanaşı Dimensity 1100 modeli 108 MP-lik kameraları dəstəkləyir. MediaTek-in verdiyi məlumata əsasən təqdim olunmuş bu yeni prosessorlara sahib ilk smartfonlar bu ilin birinci rübünün sonuna kimi satışa çıxacaqlar. Redmi Realme şirkətləri öz smartfonlarında bu prosessorlardan istifadə edəcəklərini artıq elan ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm Snapdragon 895 prosessoru bar'sində ilk məlumatlar verilib

Qualcomm hələ özünün yeni nəsil Snapdragon prosessorunu təqdim etməsə də insayderlər artıq onun barə..


Xiaomi Mi Band 6-da vasitəsilə messencerlərdəki mesajlara cavab vermək funksiyas..

Xiaomi şirkəti Mi Band 6 smart qolbağına hamının çoxdan gözlədiyi funksiyanı daxil etməyi planlaşdır..


Starlink bu ilin sonuna kimi internet sürətini 2 dəfə artıracaq

Bahalı qlobal peyk interneti layihəsi olan Starlink ilk istifdəçiləri saniyədə 50-150 Mbit internet ..


OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj te..

Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyaların..


Apple iPad modellərinin birindən imtina edə bilər

Son illərdə planşetlərə tələbat getdikcə azalır.


Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətir..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını p..

×