main-post-cover

    Dubayda dünyanın ən uzun məsafəli "yaşıl" avtomobil yolu inşa ediləcək (VİDEO)

    Elm & Texnologiya
    15.07.2024
    Emil Nəcəfov
         URB adlı şirkət Dubayda dünyanın ən uzun məsafəli “yaşıl” avtomobil yolunu inşa etməyi planlaşdırır. Layihə Green Spine adını əldə edib və o, bərpa olunan enerji mənbələrinə əsaslanacaq. Layihənin müəllifləri qarşısındakı əsas məqsəd Dubaydakı karbon izinin aşağı salınmasıdır. 64 km-lik məsafəyə sahib olacaq bu ekoloji avtomobil yolunda günəş panellərindən enerji əldə edəcək elektrikli tramvaylar hərəkət edəcəklər. Günəş panelləri isə avtomobil yolunun kənar hissələrində yerləşəcəklər.
         Günəş panellərinin ətrafında ümumilikdə 1 milyon ədəd ağacın əkilməsi nəzərdə tutulub. Bundan əlavə olaraq sözügedən layihə çərçivəsində yağış suyunun yığılmasına hədəflənmiş xüsusi sistem də qurulacaq. Green Spine özündə bağçaları və parkları birləşdirəcək. Avtomobil yolunun hər iki kənar hissəsindəki binaların fasadları isə şaquli vəziyyətdə yerləşəcək bağçalar bəzəyəcəklər. Green Spine layihəsinin inşasının 2040-cı ilə kimi yekunlaşacağı planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər