Dünyada üçüncü şəxs də QİÇS xəstəliyinə tamamilə qalib gələ bilib

Dünyada üçüncü şəxs də QİÇS xəstəliyinə tamamilə qalib gələ bilib

Texnologiya
09.03.2019 PAYLAŞIM

    Bütün dünyanın tarix üzrə ikinci şəxsin QİÇS xəstəliyinə qalib gəlməsi xəbərini eşitməsindən çox az müddət keçdi. Lakin alimlər nadir mutasiyaya məruz qalmış donorların sümük iliklərinin QİÇS xəstəliyindən əziyyət çəkən insanlara transplantasiyasının miqyasının böyüdülməsinin qeyri mümkünlüyündən danışırlar. Buna görə də insanlığın bu xəstəlik üzərində tam qalibiyyəti barəsində danışmaq hələki tezdir. Qeyd etmək lazımdır ki, bu həftənin əsas xəbərlərindən biri tarix üzrə dünyada ikinci şəxsin QİÇS xəstəliyinə qalib gəlməsi idi.

    “Londondan olan pasient” kimi tanınan ikinci şəxs həmçinin Xodjkin limfoması xəstəliyindən əziyyət çəkirdi. Beləliklə müalicə prosesi çərçivəsndə QİÇS xəstəliyindən əziyyət çəkən ikinci şəxsə CCR5 mutasiyasına məruz qalmış donordan sümük iliyi transplantasiyası edilib. Nəticədə 1 ildən sonra ikinci şəxs QİÇS xəstəliyinə qarşı dərmanların qəbulunu dayandırıb. Həmin xəbərdən bir neçə gün sonra isə Sietl şəhərində retroviruslar barəsində keçirilmiş konfrans çərçivəsində Utrext Universitetinin (Niderland) mütəxəssisləri daha bir şəxsin də QİÇS xəstəliyinə qalib gəldiyini bildiriblər. Bu barədə Hightech.plus saytı xəbər verib.

Bənzər xəbər


    “Düsseldorfdan olan pasient”kimi tanınan üçüncü şəxsə də CCR5 mutasiyalı donordan sümük iliyi transplantasiyası reallaşdırılıb. Mütəxəssislər həmçinin qeyd ediblər ki, yaxın zamanda QİÇS xəstəliyinə tamamilə qalib gəlmiş iki şəxs də ola bilər. Həmin iki şəxs də sümük iliyi transplantasiyası əməliyyatından keçib. Lakin onlar hələ də QİÇS-ə qarşı dərmanları qəbul etməkdə davam edirlər. Qeyd etmək lazımdır ki, QİÇS xəstəliyinə tamamilə qalib gəlmiş ilk şəxs haqqında məlumat hələ 2007-ci ildə çıxmışdı.

    “Berlindən olan pasient” kimi tanınan Timothy Brown da həmin vaxtda genetik mutasiyaya sahib donordan sümük iliyi transplantasiyası əməliyyatına məruz qalmışdı. Bu qədər yaxşı xəbərin olmasına baxmayaraq çətin ki, sümük iliyinin transplantasiyası QİÇS xəstəliyi ilə mübarizədə irimiqyaslı həll üsulu olsun. Bunun üçün bir çox səbəblər var. Onların arasında bu prosesin yüksək riskə sahib olması və genetik mutasiyaya sahib insanların nadir hallarda tapılması var.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×