
Dünyanın aparıcı 6 biohackeri
Elm & Texnologiya
30.10.2017
Emil
Texas ştatında sinqulyarlıq mövzusuna həsr olunmuş #Bdyhax adlı konfrans keçirilib. Bu barədə Guardian saytı xəbər verib.
Qeyd etmək lazımdır ki,
sinqulyarlıq insan ilə robotun birləşməsi mənasını verir. Sözügedən konfransın əsas
qonaqları isə biohackerlər olub. Bu insanlar öz evlərinin qarajlarında müxtəlif
implantlar üzərində çalışırlar. Həmin implantlar isə insanın koqnitiv və fiziki
imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub.
Kevin Warwick:

Transhumanizm cərəyanından
ilhamlanmış Koventri Universitetinin professoru Kevin Warwick, 1998-ci ildə ilk insan
idi ki, öz dərisinin altına silisiumdan hazırlanmış ötürücü yerləşdirmişdi. Həmin
ötürücü vasitəsilə Kevin avtomatik olaraq evin qapısını aça və ya işıqları
yandıra bilərdi. 4 ildən sonra isə o, Braingate adlı implant sistemini bədəninə
quraşdırdı. Həmin sistem internet vasitəsilə onun sinir sistemindəki siqnalları
ötürə bilir. Beləliklə o öz bionik əlini idarə edə və bu cür sistemə sahib həyat
yoldaşı ilə telepatik səviyyədə ünsiyyət qura bilir.
James Young:

22 yaşında olarkən Young
platformadan qatar altına yıxılaraq bir qolunu və ayağını itirmişdi. Metal Gear
Solid kompüter oyunundan ilhamlanaraq o özünə xüsusi protez yerləşdirdi. Həmin
protez lazer, USB giriş və kiçik dron üçün xüsusi yer ilə təchiz olunub.
Dizaynerlər tərəfindən yaradılmış bu protez nəticədə çox ağır oldu. Lakin buna
baxmayaraq Young bu vasitə ilə özünə çoxlu diqqət çəkmişdi. İndi isə o, skelete
birləşdirilən xüsusi protez üçün pul yığır. Beləliklə skeletə birləşdiriləcək
protezi o, beyin impulsları vasitəsilə idarə edə biləcək.
Neil Harbisson:

Kiberrəssam Harbisson çox nadir
hallarda rast gəlinən xəstəlikdən əziyyət çəkir. Belə ki, o, ətraf dünyanı
yalnız ağ-qara rənglərdə görür. Lakin onun kəllə sümüyünə yeridilmiş xüsusi anten rəng
spektrini digər duyğulara çevirir. Beləliklə Harbisson həmin duyğuları
vibrasiyaya çevirərək rəngləri görə bilir. “Çoxları düşünür ki, bu anten xəstəliklə
mübarizə aparmağım üçün mənə lazımdır. Lakin mənim üçün maraqlı olan, rəng də
daxil olmaqla hiss edə bilmədiklərimi qəbul etməyim idi. Lakin indi mən ultrabənövşəyi
və infraqırmızı spektri hiss edə bilirəm. Mənim ən çox sevdiyim rəng,
insanların görmədikləri infraqırmızı rəngdir. Onun çox aşağı tezliyi var və o
sakitdir” – deyə Harbisson bildirib.
Tiana Sinclair:

Sinclair informatika, linqvistika
və vizual mədəniyyət sahələrində çalışır. Əks olunduğu fotoda o, telekinetik
neyinterfeysi test edir. Həmin neyrointerfeys, cəmləşdirilmiş diqqət enerjisini
xarici obyektin idarəsinə ötürür. Başqa sözlə desək, Sinclair öz şüur gücü ilə
dronu uçmağa məcbur edir.
Rob Spence:

Uşaq vaxtı bir gözünü itirmiş
dokumentalist-resjissor 2009-cu ildə boş qalmış göz nahiyəsinə kamera və
ötürücü yerləşdirmişdi. “Mən bir gözlülər arasında əsl ulduza çevrilmişdim. Əgər
kimdəsə belə bədbəxt hadisə baş verirdisə, analar öz uşaqlarına deyirlər: “Ona
bax Billi. Bu ki, əladır””. Lakin bir çoxları Rob-un onları öz gözü ilə çəkməsinə
hirslərnirlər.
Christian Zöllner:

Zöllner Berlinin Constitute adlı
layihə iştirakçılarından biridir. Onun başına bərkidilmiş xüsusi dəbilqə
kameralar ilə təchiz olunub. Beləliklə həmin dəbilqə vasitəsilə insanı üstələyən
müxtəlif canlı orqanizmlərin gözləri ilə dünyanı görmək mümkündür. “Hamı müxtəlif
cür reaksiya verir. Bu bir növ turşuluğu olmayan turşuya bənzəyir. Bütün fiziki
mühit artıq təhlükəsiz hiss olunmur. Sən düz yolda gəzə bilmirsən. Lakin
narahat olduğun bir şeyə diqqətini cəmləyə bilərsən. Biz buqələmunun görmə
qabiliyyətindən başladıq. Lakin ən çox uğuru atın görmə qabiliyyətində
qazandıq. Kəllə sümüyünün hər iki tərəfində gözlərə sahib olmaq qeyri-adi və əyləncəlidir”
– deyə Zöllner bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
