
İnsan gələcəyini inanılmaz tərzdə əks etdirən transhumanizm cərəyanı və ya sadəcə bədii ədəbi fantastika
Elm & Texnologiya
08.10.2017
Emil
Bir neçə gün bundan öncə böyük
ekranlara, bir vaxtlar rejissor Ridley Scott tərəfindən çəkilmiş məşhur “Blade
Runner” filminin ikinci hissəsi çıxdı. Lakin filmdəki ideyalar, elmi-texniki tərəqqi
dövrünün artıq yaxın gələcəkdə insanlığı, yeni təkamül səviyyəsinə qaldıra biləcək
reallıq ilə üst-üstə düşür mü? Keçmiş dövrlərdən insan, öz imkanlarının sərhədini
genişləndirməyi arzu edir.
Quş kimi uçmaq, balıq kimi suda üzmək, xəstəliksiz
yaşamaq və nəhayət ölümsüzlüyə sahib olmaq. Reallıq isə çox qəddardır və
insanlar, çox zaman faciəli vəziyyətlər altında öz həyatları uğrunda mübarizə
aparırlar. Lakin məhz bu fakt, ona gətirib çıxarır ki, bizim arzularımız
reallığa çevrilir.
Elmi-texniki tərəqqi və əla sosial təşkilat sayəsində müasir
insan, qida zəncirinin zirvəsində öz yüksək yerini tutmuş və öz gündəlik həyatını
maksimal dərəcədə təhlükəsiz etməyi bacarmışdır. Bununla belə, öz bioloji təbiətimizin
məhdudiyyətlərini keyfiyyətli şəkildə keçmək üçün birbaşa üsul hələki yoxdur.
Lakin bu hal həmişə belə olacaq?
Transhumanizm: İnsandan daha yüksək
insan növünə.
Transhumanizm və posthumanizm,
dünyagörüşü konsepsiyasının qohum ideologiyalarıdır və onların perspektivləri,
növbəti insan təkamülünə əsaslanır. Onlara əsasən gələcəkdə Homo Sapiens
dövrünün yerini, bizim öz bədənimizə yeridilmiş çoxlu sayda məhdudiyyəti və
problemi, elm və aparıcı texnologiyalar vasitəsilə həll edəcək yeni növ
insanlıq tutacaq. Harda ki, təbii təkamül öz sərhədinə çatacaq, orda insanın öz
idarəetməsində olacaq süni təkamül başlayacaq.
Transhumanizm, şüurun tətbiqi
nailiyyətləri, ən əsas da qocalmanın texnologiyalar vasitəsilə aradan
qaldırılması və insanın intellektual, fiziki və psixoloji potensialını təkmilləşdirərək
insan vəziyyətinin fundamental yaxşılaşdırılması məqsədini özündə birləşdirən
intellektual və mədəni hərəkatdır. Gələcək dövrün insanı, bizim bugün mənasını
başa düşdüyümüz “insan” olmayacaq. Biologiya nöqteyi nəzərdən isə insanların
özləri, bir növə mənsubiyyətini itirəcəklər. Bunun əsasında təbii ki, günümüzdə
olan insanların təkamül proseslərinin dayanmadığını, onun yalnız bir budağına
start verilməsi ideyası dayanır.
Öz məqsədlərinə çatmaq üçün
transhumanistlərin istifadə etdikləri alətlər, özlərində genetik
manipulyasiyanı, nanotexnologiyanı, kibernetikanı, formakoloji təkmilləşdirməni
və kompüter modelləşdirməni birləşdirir. Ən iddialı və mübahisəli transhumanizm
ideyası, şüurun, virtual şəbəkəyə qoşulması konsepsiyasını təklif edir. Beləliklə
insan, bioloji ölümdən sonra məlumat axını şəklində varolmağa davam edəcək.
Bu
konsepsiyanı dəstəkləyən insanların sözlərinə görə, növbəti 10 illiklər ərzində
hesablayıcı texnika və neyrotexnologiyalar sahəsindəki nailiyyətlər, kompüter
daxilində çalışa biləcək individual beynin qismən və ya tam kopyasını yaratmaq
imkanını verəcəklər. Amerikalı astronom John Jastrow, özünün “The Enchanted Loom”
adlı kitabında bu cür gələcək haqqında fikirləşir:
“Nəhayət, kompüterə dustaq edilmiş insan beyni, ölümcül cism zəifliyindən azad oldu. O öz taleyini idarə edir. Silisiumdan hazırlanmış sarsılmaz qəfəsə yerləşdirilmiş və heç nədən saxlanılmayan. Bu cür həyat, sonsuz ola bilər” – deyə Jastrow, öz kitabında qeyd etmişdi.
Transhumanizmin mənşəyi:
Məşhur “Blade Runner” filmində rejissor Ridley
Scott, yazıçı fantast Philip Dick-in “Do Androids Dream of Electric Sheep” kitabını əsas götürərək,
kapitalizmə qalib gəlmiş Oruell dünyasında olan transhumanistik idealların əks
olunduğu retrofuturistik gələcəyi yaratdı. Qeyd etmək lazımdır ki,
transhumanizm və posthumanizm terminlərinin, bir neçə vaxt bundan öncə
yarandıqlarına baxmayaraq, onların əsasında yerləşən ideyaların illərlə yaşı
var. Faktiki olaraq bu ideallar, postmodernizm relyativizmini (relyativizm –
insan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan)
özündə daşıyan Maarifləndirici dövrə aiddir.
Bu anlayışlar, Maarifləndirici
dövrdən, materialistik empirizm cərəyanına xarakter olan, insan həyatına baxış
tərzini götürüblər. Hələ 1748-ci ildə həkim və filosof Julien Offray de La Mettrie tərəfindən yazılmış “L’Homme Machine” (İnsan-robot) əsəri çıxdı. O
yazırdı ki, insan sadəcə olaraq heyvan və robotdur. Maarifləndirici dövrdən
olmuş digər bir fransız filosofu Marquis de Condorcet, 1794-cü ildə yazmışdı ki,
imkanların təkmilləşdirilməsi, sərhəd tanımır.
Transhumanistlərin hərəkatı isə
1980-ci ildə FM-2030 ləqəbli müəllifin əlyazmaları ilə başladı. Terminin özü isə transitional human sözündən qısaldılmışdı. Artıq 90-cı illərin əvvəllərində
transhumanistik ideologiyaları dəstəkləyən bir çox qruplar yaranmışdı. Həmin
qruplardan bir hissəsi isə sinqulyarlığa üstünlük verirdi. Sinqulyarlıq, yazıçı
və fantast Vernor Vinge tərəfindən təklif olunmuş konsepsiyadır.
1993-cü ildə
o, proqnoz etmişdi ki, elmi-texniki biliklərin, süni zəka sistemlərinin davamlı
qarşılıqlı əlaqəsi ilə birlikdə eksponensial yüksəlməsi, daha yüksək şüurlu
canlılara çevriləcək insanların, texniki cihazların və bütün sosial strukturların
irimiqyaslı destabilizasiyasına və transformasiyasına gətirib çıxardacaq.
Sinqulyarlığın,
transhumanistik konsepsiyalar sırasında ən ekstremal olmasına baxmayaraq,
insanlığın, öz növbəti təkamül mərhələsini özü yaratması və beləliklə
imkanlarının hətta bizə tanış olan bioloji təbiət vəziyyətinin itməsinə kimi
genişləndirilməsi ideyası, biologiyadan tutmuş, astronomiyaya qədər müxtəlif
sahələrin mütəxəssislərinin ağıllarını başlarından alır.
Yekun:
Nanotexnologiyalar,
biotexnologiyalar, informasiya və koqnitiv texnologiyalar, bir çox müxtəlif elm
sahələrinin sintezidir və müəyyən mənada transhumanizmin təcəssümüdür. Bədii ədəbiyyat
və kinematoqraf, gələcəyin təsvirini, bir qədər fantastik tərzdə əks etdirir.
Lakin özü-özlüyündə istiqamətləndirilmiş təkamül konsepsiyası, uzun zamandır
ki, fantastika olmaqdan çıxıb və bizi əhatə edən reallığa çevrilir. Təbii ki,
bununla da insan yetinməyəcək. Ölümsüzlük sadəcə olaraq, fani cism məhdudiyyətlərindən
azad olmuş və hər şeyi öyrənmək istəyən ağıla, kainatı öyrənməkdə davam etməyə
və özünü, keyfiyyətli səviyyədə inkişaf etdirməyə imkan verən rahat bir alətdir.
Paylaş
Bənzər xəbərlər