Dünyanın ən böyük mikrosxem istehsalçısı Huawei şirkətinə dəstək oldu
Elm & Texnologiya
24.05.2019
Farid Pardashunas
İngiltərənin ARM şirkətinin Huawei ilə əməkdaşlığı dayandırmasından sonra Huawei şirkətinin smartfonları sual altında qaldılar. Lakin məlum olub ki, ABŞ-ın sanksiyalarını heç də bütün şirkətlər dəstəkləməyiblər. Belə ki, Huawei şirkəti ilə əməkdaşlığın davam etdirilməsini TSMC şirkəti bildirib. Qeyd etmək lazımdır ki, bu, dünyanın ən böyük mikrosxem istehsalçısıdır. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib.
TSMC şirkətinin press-meneceri olan Elizabeth Sun-un sözlərinə əsasən ABŞ sanksiyaları Tayvanın çip istehsalçısı olan TSMC şirkətinin Huawei şirkətini öz texnologiyaları ilə təchizatına təsir etməyəcək. Beləliklə məlumata əsasən Huawei şirkətinin gələcəkdəki cihazları üçün nəzərdə tutulmnuş Kirin 985 prosessorunun istehsalı təhlükə altında deyil.
TSMC şirkəti söhbətin ABŞ hökuməti tərəfindən Huawei-yə təqdim etdiyi 90 günlük lisenziya müddətinin bitməsinə kimi ARM şirkətinin texnologiyalarının təqdim edilməsindən gedib-getmədiyini bildirməyib. Heç istisna deyil ki, gələcəkdəki Kirin prosessoru digər istehsalçıların nüvələri əsasında hazırlansın. Qeyd etmək lazımdır ki, Huawei ilə əməkdaşlığın davam etdirilməsini həmçinin Lenovo ilə Toshiba şirkətləri də elan ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ