Dünyanın ən güclü superkompüteri təyin edilib
Elm & Texnologiya
25.11.2024
Emil
El Capitan adlı superkompüter 1.7 FLOPS (ekzaflops) performans göstəricisi sayəsində dünyanın ən güclü superkompüterləri reytinqində birinci yeri tutub. Livermor Milli Laboratoriyasında yerləşən bu superkompüter reytinqin daha öncəki lideri olmuş Frontier adlı superkompüteri (1.3 FLOPS) ikinci pilləyə endirib. Daha öncə reytinqin ikinci pilləsində qərarlaşmış Intel Aurora adlı superkompüter isə üçüncü pilləyə düşüb.
El Capitan tarix ərzində ekzaflops səviyyəsində performans sərgiləyən 3-cü superkompüter oldu. O, saniyədə kvintilyondan çox əməliyyatı yerinə yetirə bilir. Sözügedən superkompüter AMD şirkətinin 4-cü nəsil AMD EPYC prosessorları əsasında birləşdirilmiş 11 milyon CPU və GPU nüvəsindən təşkil edilib. AMD-nin bu prosessorlarından hər biri 1.8 GHz tezlikdə çalışır. Superkompüterin əsas yaddaş həcmi isə 5 PB (petabayt) təşkil edir. Bu superkompüterdə böyük həcmli məlumatların emalı prosesindən Rabbit adlı lokal sistem cavabdehdir. Qeyd etmək lazımdır ki, El Capitan nüvə silahlarının təhlükəsizliklərinin təmin olunmasından cavabdehdir.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Elon Musk-ın 100.000 GPU-lu superkompüteri ilk dəfə görüntülənib! (VİDEO)
Elon Musk-ın tamamlanması 122 gün davam edən və 100.000 GPU ilə təchiz olunmuş xAI Colossus superkompüteri ilk dəfə ictimaiyyətə təqdim edilib. Bir YouTuber, təsisi gəzərək görüntülərini paylaşıb.
Elm & Texnologiya
Yaponiya, ZetaFLOPS miqyaslı superkompüter hazırlayır!
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) ZetaFLOPS miqyaslı superkompüter hazırlamağa başlayacağını açıqlayıb. Bu superkompüter, süni intellekt üçün istifadə olunacaq.
Elm & Texnologiya
ABŞ, indiyə qədərki ən güclü superkompüteri inşa edəcək!
ABŞ Enerji Departamenti (DOE), Amerikanın yüksək performanslı hesablama sahəsində liderliyini qoruyub saxlamağı hədəfləyir. Bu kontekstdə indiyə qədər ən güclü superkompüter hazırlanacaq.
Elm & Texnologiya
Intel, dünyanın ən sürətli süni intellektli superkompüterini təqdim edib!
Intel, ISC High Performance 2024 tədbirində Argonne National Laboratory və Hewlett Packard Enterprise (HPE) ilə birgə hazırlanmış Aurora superkompüterini təqdim edib.
Elm & Texnologiya
Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb
Bir neçə gün bundan öncə baş tutmuş hərrac çərçivəsində ABŞ hökuməti hərrac iştirakçılarından birinə Cheyenne adlı superkompüteri satıb.
Ən çox oxunanlar