
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Elm & Texnologiya
28.10.2024
Aslan
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Batareyanın ən diqqətçəkici xüsusiyyətlərindən biri biouyğun hidrogel damcılarından ibarət olması və işıqla aktivləşə bilməsidir. Şarj edilə bilən və bioloji olaraq parçalanma qabiliyyətinə malik olduğundan, bu batareya bədəndə qalıq qoymadan yox ola bilir. Araşdırmaya rəhbərlik edən Oxford Kimya Bölməsindən Dr. Yujia Zhang bu batareyanın “bu günə qədər ən kiçik hidrojel litium-ion batareyası” olduğunu və “üstün enerji sıxlığına” malik olduğunu bildirib. Tədqiqatçıların həlli “səth aktiv maddə” dəstəkləyici birləşmə adlanan bir prosesə əsaslanır. Bu texnika ilə hər biri 10 nanolitrlik 3 mikro miqyaslı damcı birləşdirilir. Bu damcılardan ikisi enerji istehsalı üçün litium-ion hissəciklərini ehtiva edir.

Son illərdə tibdə inkişaf edən kiçik ağıllı cihazlar, enerji tələbatlarını təmin etmək üçün həm kiçik, həm də yüksək tutumlu enerji mənbələrinə ehtiyac duyur. Xüsusilə bioloji toxumalarla əlaqədə olan bu tip cihazlarda batareyaların yumşaq materiallardan hazırlanması çox vacibdir. Ənənəvi batareyalar biotibbi cihazlarda təhlükəsizlik və uyğunluq baxımından problemlər yarada bilər. Yeni inkişaf etdirilmiş damcı batareyası isə biouyğun, bioloji parçalana bilən, yüksək tutumlu və uzaqdan işə salına bilən xüsusiyyətləri sayəsində bu çətinlikləri aradan qaldırır.

Araşdırma qrupu bu mini batareyanın yalnız dərman buraxılışını təmin etməklə qalmayıb, həm də ürək defibrilasiyası və mikrorobotlar üçün enerji təmin etmək kimi müxtəlif biotibbi tətbiqlərdə istifadə oluna biləcəyini bildirir. Testlərdə batareya, sintetik hüceyrələr arasında yüklü molekulların hərəkətini təmin etmək və siçan ürəklərinin döyüntüsünü idarə etmək kimi bir çox kritik vəzifəni yerinə yetirə bilib. Heyvanlar üzərində aparılan testlərdə bioloji parçalana bilən batareyanın ölümcül ürək ritm pozuntularının idarəsində naqilsiz və ekoloji dost bir həll təqdim edə biləcəyi də göstərilib.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
