
Dünyanın ən lazımsız 20 mobil tətbiqi (Birinci Hissə)
Elm & Texnologiya
06.04.2018
Emil
Treadmill Finger Workout:
Bu tətbiq əl barmaqları üçün qaçış
cihazını əks etdirir. O çox sadə şəkildə çalışır. Düyməyə klik edərək öz əl
barmağınızı məşq elətdirirsiniz. Online rejimdə istifadəçi öz qaçdığı məsafəni
öyrənə və öz nəticələrini digər istifadəçilərlə müqayisə edə bilər. Tətbiqin
yaradıcılarının fikrincə isə bu tətbiq çox faydalıdır. Onun sayəsində yemək fasiləsində
və ya işdən sonra rahatlamaq olar.
Places I’ve Pooped:
Bu tətbiq vasitəsilə istifadəçi
getdiyi tualetləri xəritədə qeyd edə və beləliklə öz dostları ilə kimin ən çox
tualetə getməsi üzrə yarışa bilər. Bunun üçün istifadəçinin smartfonuna
bildiriş gələcək ki, onun tanışlarından biri xəritədə yeni yer təyin edib. Nəticələri
həmçinin sosial şəbəkələrdə paylaşmaq imkanı da var. Android üçün bu tətbiqin
analoqu Poop Map adlanır.
Pimple Popper:
Bu tətbiqdə virtual personajların
üzlərindəki sızanaqları partlatmaq lazımdır. Bəlkə də kiməsə bu zövq verir.
Sızanaqları operativ şəkildə partlatmaq lazımdır. Sızanaqları nə qədər tez
partlatsaz bir o qədrə çox qızıl qazanacaqsınız. Həmin qızılları isə yeni
personajların alınmasında istifadə etmək olar. Android üçün bu tətbiqin analoqu
Pimple Squeezer adlanır.
iBeer:
Pivə içmək istəyirsiniz lakin bunun üçün imkanınız yoxdur? O zaman iBeer tətbiqini yükləyib dostlarınız, ailə üzvləriniz və
hətta dünyanın istənilən yerindən olan tanımadığınız insanlarla pivə “için”. Tətbiqdə
4 nəfərə kimi birlikdə içki içmək, içki içəndən sonra fotolar göndərmək və səsli
çatda söhbət etmək kimi funksiyalar var. İçki menyusunda həmçinin 4 növ pivə,
çaxır, şampan, araq və s. kimi içkilər var. Bu tətbiq nəyə lazımdır? Cavab vermək
çətindir.
Nudifier:
Bu tətbiq “Dumb and Dumber” filminin
pərəstişkarları üçündür. Öz dostunuzun və rəfiqənizin fotosunu çəkirsiniz. Məsləhətlisi
odur ki, dostunuz və ya rəfiqəniz şortik, qısa ətək kimi geyimdə olsun. Daha
sonra çəkilmiş fotoda kəmərdan aşağı hissəni piksellər şəklində bulanıq vəziyyətə
salırsınız. Beləliklə alınmış fotoda sanki çılpaq şəxs əks olunmuş kimi hiss
yaranır. Həmçinin daha da irəli gedərək fotonu hansısa jurnalın üz qabığına
yerləşdirmək olar. Android üçün bu tətbiqin analoqu Nudify adlanır.
Bleep Button:
Bu tətbiq nalayiq sözlər deməyi və söyüş
söyməyi sevən şəxslər üçün nəzərdə tutulub. Əgər siz nalayiq sözü özünüzdə
saxlaya bilmədiyinizi hiss edirsinizsə qırmızı düyməyə klik edirsiniz. Bu zaman
tətbiq sadalanan söyüşləri televiziyada nalayiq sözlərin işlədilməsi zamanı həmin sözlərin
maskalanması kimi maskalayır.
Touch Wood:
Bu tətbiq əsl mövhumatçı şəxslər
üçün nəzərdə tutulub. “Əgər nəsə pis bir şey baş versə tətbiqə daxil olaraq
ekrana klik edin və touch wood tilsimini səsləndirin. Bu zaman ağac ruhları sizə
daxili sakitlik gətirə bilər” – deyə tətbiqin təsvirində qeyd olunub.
SMTH:
Bu tətbiq bekarçılıqdan bir iş görməyən
lakin sinirlərini gərginləşdirmək istəyən şəxslər üçün hazırlanıb. Bu tətbiq
sizin öz smartfonunuzu hansı hündürlüyə atdığınızı təyin edir. Tətbiqin
yaradıcıları qeyd ediblər ki, nəticə etibarilə hansısa cihaz zərər görə bilər.
Lakin kimin üçünsə SMTH tətbiqinin top-5 siyahısına düşmək daha önəmli məqsəddir.
Anti Mosquito:
Bu tətbiq ağcaqanadlardan qorunmaq
üçün nəzərdə tutulub. Belə ki, ağcaqanadları qorxutmaq üçün smartfon ultrasəslər
buraxır. Lakin bu tətbiq də digərləri kimi lazımsızdır. Belə ki, tətbiqin
yaradıcıları bildiriblər ki, tətbiqin təsiri isbat olunmayıb. Buna görə də bu tətbiqi
zarafat kimi qəbul etmək lazımdır. Lakin buna baxmayaraq tətbiqə yazılmış rəylərdən
belə qənaətə gəlmək olar ki, bəzi istifadəçilər həmin ultrasəs hesabına
rahatlayıb və yuxuya gediblər. Deməli tətbiq müəyyən mənada faydalı ola bilər.
Watermelon Proper:
Qarpızın yetişib-yetişmədiyini müəyyən
etmək üçün tətbiq. Hər şey çox sadədir. Smartfonu qarpızın üzərinə qoyub bir
neçə saniyə vaxt intervalı ilə smartfonu yüngülcə taqqıldadın. Problem ondan
ibarətdir ki, tətbiq hətta bir qarpızın yoxlanışında da müxtəlif nəticələr təqdim
edir.
Paylaş
Bənzər xəbərlər