Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
Elm & Texnologiya
22.08.2024
Farid Pardashunas
Arizona Universitetindən professor Mohammed Hassan, elektronların hərəkətini saniyədə 2200 km sürətlə müşahidə etməyə imkan verən və vaxtı demək olar ki, donduran dünyanın ən sürətli mikroskopunu hazırlayıb.
Elektronlar saniyədə təxminən 2200 kilometr sürətlə hərəkət edir və bu sürətlə Yer ətrafında cəmi 18.4 saniyəyə bir tam dövrə vura bilirlər. Bu inanılmaz sürətə çatmaq üçün mikroskoplar, son dərəcə yüksək sürətlə işləməlidirlər. Tədqiqat qrupu yalnız bir attosaniyə (10^-18 saniyə) davam edən elektron impulslar yaradaraq bu çətinliyin öhdəsindən gələ bilib. Dünyanın ən sürətli mikroskopu, elm adamlarına əvvəllər müşahidə olunmayan hadisələri araşdırmaq imkanı təqdim edib. Xüsusilə, elektronların kvant fiziki xassələri və hərəkət qanunları haqqında daha dərin anlayışın əldə edilməsi gözlənilir.
Elektronların düzülüşü və yenidən təşkili fizika və kimya sahələrində fundamental problem hesab olunur, lakin indiyə qədər bu hərəkəti öyrənmək olduqca çətin olmuşdur. 21-ci əsrin əvvəllərində fiziklər attosaniyə miqyasında impulslar yarada bilən üsullar hazırladılar. Bu yolla elektronların hərəkətini öyrənmək üçün yeni bir vasitə təqdim edildi. Bu səylər hətta 2023-cü ildə Fizika üzrə Nobel Mükafatına layiq görüldü. Tədqiqatçılar, dünyanın ən sürətli mikroskopunda elektron silahını inkişaf etdirərək yalnızca bir attosaniyə davam edən elektron impulsları yarada bildilər. Bu impulslar, tədqiq olunan nümunəyə yönəldilir və elektronların sürəti nümunədən keçərkən azalır.
Bu, elektron şüasının dalğa cəbhəsinin formasını dəyişir. Yavaşlamış elektron şüa daha sonra lens vasitəsilə böyüdülür və elektron şüasına məruz qaldıqda işıq saçan flüoresan materiala əks olunur. Bu inkişafla artıq atomların içərisində elektronların inanılmaz sürətli hərəkətlərini müşahidə etmək mümkün olmuşdur. Yeni mikroskop attosaniyəlik vaxt ayırma qabiliyyətini təmin etməklə "atom mikroskopu" adlanır və elektronların hərəkətini izləməyə imkan verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Qara dəliklər, kainatın ən sirli obyektlərindən biri olmaqda davam edir. Superkütləli qara dəliklər üzərində aparılan son tədqiqatlar, qalaktikalar haqqında dərin məlumatları ortaya qoyur.
Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
17 yaşlı bir tələbə, Genişləndirilmiş Layihə Kvalifikasiyası (EPQ) çərçivəsində məktəbdə hazırladığı kiçik nüvə sintezi reaktoru ilə plazma istehsal etməyi bacarıb.
Həddindən artıq doza nəticəsində yaranan ölüm riskini azalda biləcək yeni dəri altı implant hazırlanıb!
Həddindən artıq doza nəticəsində yaranan ölüm riskini azalda biləcək yeni dəri altı implant hazırlanıb!
Yeni hazırlanmış dəri altı implant, opioid artıq dozası nəticəsində yaranan ölüm riskinin həlli ola bilər. Xəstənin vəziyyətini dərhal izləyə bilən implantın təfərrüatları bunlardır:
Beyinin hər bir xatirə üçün 3 kopya yaratdığı müəyyən edilib!
Beyinin hər bir xatirə üçün 3 kopya yaratdığı müəyyən edilib!
Basel Universitetinin tədqiqatçıları, siçanların beyinlərini görüntüləyərək yaddaşın formalaşmasına nəzarət ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, beyin 1 yaddaşı saxlamaq üçün 3 müxtəlif neyron dəstindən istifadə edir.
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Koreyalı tədqiqatçılar, real vaxtda formasını dəyişən və qeyri-bərabər səthləri və yüksək maneələri asanlıqla dəf edə bilən tənzimlənən təkər hazırlayıblar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!