main-post-cover

    Dünyanın ilk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

    Elm & Texnologiya
    08.08.2020
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə 5G şəbəkəsinin xüsusi testlərdən kənarda olmuş real sürət nəticələri təqdim olunmuşdu. Həmin nəticələr isə Cənubi Koreyada aparılmış tədqiqatlar vasitəsilə əldə olunmuşdular. Bu cür nəticələri təqdim edəndən sonra isə Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb. Bununla yanaşı hökumət 6G-nin istifadəyə verilmə müddətini də artıq təyin edib. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən 2026-cı ildə Cənubi Koreya 6G şəbəkəsinin istifadəyə verilməsi üzrə ilkin layihəni işə salacaq.
        Kommersiya məqsədli 6G şəbəkələrin isə 2028-2030-cu illərdə işə salınacağı planlaşdırılır. 2021-ci ildən başlayaraq Cənubi Koreya 6G şəbəkəsinin infrastrukturunun yaradılmasına 5 il ərzində 169 milyon dollar investisiya yatırmağı düşünür. Hesablamalara əsasən 6G şəbəkəsində məlumatların ötürülmə sürəti 5G-dən 50 dəfə yüksək olacaq. Belə ki, 1 TB həcmində olan məlumatları 1 saniyə ərzində göndərməyin mümkün olacağı gözlənilir. Bununla yanaşı Cənubi Koreya 6G üçün elə bir infrastruktur yaratmaq istəyir ki, siqnalın qəbul olunması hətta 10 km yüksəklikdə də mümkün olsun. 
    Linki kopyala