Logo
    main-post-cover

    Dünyanın ilk çox rejimli ikiayaqlı robotu satışa çıxarılıb!

    Elm & Texnologiya
    18.10.2024
    Farid

         Çinli robot şirkəti LimX Dynamics, P1 adlı ikiayaqlı robotunun kommersiya versiyası olan Tron 1-i təqdim edib. Robot, müxtəlif növ hərəkətlər üçün 3 dəyişdirilə bilən ayaq ucu ilə birlikdə gəlir.

         Bu ayaq uclarından birincisi "Point-Foot" adlanan dəyirmi rezin formalı çıxıntıdır. Bu ayaq ucunun ən çevik performansı təmin etdiyi qeyd olunur. İkinci ayaq ucu isə insan yeriyişini daha dəqiq təqlid etmək üçün istifadə edilən və ayağa bənzəyən "Sole" adlı əlavədir. Sonuncusu isə təkərli ayaq ucudur. Bu ayaq ucu sayəsində robot düz səthlərdə təkərlər vasitəsilə çox daha sürətli hərəkət edə bilir. Lakin robot təkərləri kilidləyərək ayaq kimi istifadə edib, pilləkənləri və maneələri də aşa bilir.
         Tron 1-in avtomatik avadanlıq tanıma sistemi hansı ayaq ucunun taxıldığını müəyyən edərək uyğun hərəkət nəzarət proqramına keçid edə bilir. Real vaxtda uzaqdan idarə edilə bilən bu robot, həmçinin avtonom şəkildə də hərəkət edə bilir.
         Alüminium/plastik gövdəyə malik Tron 1, 85.4 sm hündürlüyə 20 kq çəkiyə sahibdir. 12-ci nəsil Intel Core i3 prosessoru ilə təchiz edilmiş robot, 1.5 saata şarj olunan litium-ion batareyası ilə 2 saatdan çox işləyə bilir. Robot eyni zamanda genişləndirmə portlarına malikdir ki, bu da kameralar, radar/lidar modulları və robotik qollar kimi periferik cihazların əlavə edilməsinə imkan verir. İkiayaqlı Tron 1 robotu, məhdud müddət üçün təqdimat qiyməti olan 15.000 dollardan satışa çıxarılıb.
    Paylaş
    Bənzər xəbərlər
    oz-qolundan-ayrilaraq-musteqil-sekilde-hereket-ede-bilen-robot-el-hazirlanib
    Elm & Texnologiya

    Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)

    Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə, əşyaların üzərinə dırmaşa və əşyaları daşıya bilən robot əl hazırlanıb.
    hindistanda-ueryi-doyunen-insanabenzer-robot-hazirlanib
    Elm & Texnologiya

    Hindistanda ürəyi döyünən insanabənzər robot hazırlanıb!

    Hindistanın Krishna Mühəndislik və Texnologiya İnstitutundan (KIET) bir qrup tələbə və professor, əsasən tullantı hissələrdən hazırladıqları və döyünən ürəyi olan "Anushka" adlı insanabənzər robot ilə texnologiya dünyasında sərhədləri aşıblar.
    ukrayna-rusiyaya-qarsi-herbi-robot-itlerden-istifade-etmeye-baslayir
    Elm & Texnologiya

    Ukrayna, Rusiyaya qarşı hərbi robot itlərdən istifadə etməyə başlayır!

    Robotlar indi hərbi fəaliyyətlərdə daha tez-tez istifadə olunmağa başlayır. Ukrayna ilə Rusiya arasındakı müharibə müasir döyüş meydanını ortaya çıxararkən, eyni zamanda robot itlərə də şahidlik edir.
    tencent-robotics-x-heyvan-hereketlerini-teqlid-ede-bilen-dordayaqli-robot-hazirlayib
    Elm & Texnologiya

    Tencent Robotics X, heyvan hərəkətlərini təqlid edə bilən dördayaqlı robot hazırlayıb!

    Son bir neçə ildə robot istehsalçıları, dördayaqlı robotların çöl şəraitində daha yaxşı hərəkət edə bilmələri üçün onların hərəkətlərini heyvan hərəkətlərinə bənzətməyə çalışırlar. Bunun üzərində çalışan şirkətlərdən biri də Tencent Robotics X-dir.
    volkswagen-ve-ubtech-sirketleri-insanabenzer-robotlarla-isleyen-avtomobil-zavodu-quracaq
    Elm & Texnologiya

    Volkswagen və UBTech şirkətləri, insanabənzər robotlarla işləyən avtomobil zavodu quracaq!

    Avtomobil sənayesində insanabənzər robotların sayı artmaqda davam edir. Nəhayət, Çin robototexnika şirkəti UBTech, insanabənzər robotlarla işləyəcək bir fabrik üçün FAW-Volkswagen ilə birgə çalışacaq.