Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
Elm & Texnologiya
02.09.2024
Farid Pardashunas
Yaponiyada yerləşən enerji startapı Helical Fusion, dünyanın ilk davamlı olaraq çalışan nüvə sintezi reaktorunu 2034-cü ildə işə salmağı hədəfləyir.
Helical Fusion, enerji istehsalında inqilab edəcək bir addım ataraq, dünyanın ilk davamlı termonüvə reaktorunu inkişaf etdirməyi planlaşdırır. Bu reaktor, qeyri-məhdud enerji potensialı təklif edərək təmiz və davamlı enerji istehsalına töhfə vermək məqsədi daşıyır. Şirkət, ilk növbədə, maqnit qapaq texnikası olan spiral metoda əsaslanan pilot reaktor inkişaf etdirməyi hədəfləyir. HESTIA adlı reaktorun ilkin olaraq 50-100 meqavat enerji istehsal gücünə malik olacağı gözlənilir.
Reaktor, heliotron adlanan 2 davamlı spiral sarğıdan ibarət olacaq ki, bu da plazma cərəyanına ehtiyac duymadan işləyə bilən bir stellarator növüdür. Bu quruluşla reaktor, dünyanın ilk fasiləsiz çalışan termonüvə reaktoru xüsusiyyətini daşıyacaq. Spiral termonüvə reaktorlarında plazmanın saxlanması üçün tələb olunan maqnit sahəsi, sabit olaraq yalnız elektromaqnit rulonları tərəfindən yaradılır. Bu, sabit plazmanın saxlanmasına və uzun müddət ərzində daimi enerji çıxışına imkan verir. Bildirilir ki, aşağı məhsuldarlı termonüvə reaktoru, alüminium və ya titan kimi metalların əridildiyi fabriklərdə, uzaq adalarda və ya böyük gəmilərdə yerli enerji mənbəyi kimi istifadə edilə bilər. Öz növbəsində ilk reaktorun tikinti dəyərinin təxminən 5 milyard dollar olacağı gözlənilir. 1 illik fasiləsiz istismardan sonra reaktorun texniki xidməti 3 ay ərzində tamamlanacaq və 80%-dən çox əlçatanlıq əldə ediləcək.
Şirkətin termonüvə pilot zavodu kimi istifadə etməyi planlaşdırdığı HESTIA reaktoru, deyterium-tritium birləşmə reaksiyaları ilə işləyəcək və maye metal örtük sistemlərindən istifadə edərək reaktor daxilində tritium istehsal ediləcək. Helical Fusion-a görə, 1 qram hidrogen izotopunun (məsələn, deyterium və tritium) birləşmə reaksiyası 8 ton neftin yanması ilə eyni enerji verir. Elektron siklotron isitmə ilə plazma isitmə təmin edəcək HESTIA, aşağı termonüvə qazancı ilə işləmək üçün nəzərdə tutulmuşdur və bu pilot reaktorun əsas məqsədi 1 il fasiləsiz işləməkdir.
Taguchi bildirib ki, pilot reaktor 2034-cü ildə işə salınıb, bir neçə il işlədilə bilər, sonra isə kommersiya reaktorunun tikintisinə başlanılacaq və bu reaktor, ən tez 2040-cı ildə fəaliyyətə başlaya bilər. Taguchi-nin sözlərinə görə, pilot reaktorun tikintisi üçün 1 trilyon yen (6.8 milyard dollar) toplamaq, rulonlar üçün yüksək temperaturlu superkeçiricilik texnologiyasının işlənib, hazırlanması və yerli tikinti təsdiqini əldə etmək üçün təhlükəsizlik qaydalarının yaradılması kimi mühüm çətinliklər qalmaqdadır.
Linki kopyala
thermo nuclear fusion reaction
elmi xeber
Scientific news
science
science news
elmi xeberler
Fusion energy
termonüvə reaktoru
thermofusion reactor
helical fusion
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA tərəfindən Yerin ətrafında görünməz ambipolyar enerji sahəsi aşkar edilərək ölçülə bilib. Cazibə qüvvəsi qədər əhəmiyyətli olan bu sahənin təkcə Yerdə deyil, digər planetlərdə də mövcud olduğu düşünülür.
Alimlər, xatirələri ömür boyu qalıcı edən metod kəşf ediblər!
Alimlər, xatirələri ömür boyu qalıcı edən metod kəşf ediblər!
Alimlər, xatirələrin ömür boyu qalmasını təmin edən 2 mühüm molekulun qarşılıqlı təsirini kəşf ediblər.
Yaponiya, ZetaFLOPS miqyaslı superkompüter hazırlayır!
Yaponiya, ZetaFLOPS miqyaslı superkompüter hazırlayır!
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) ZetaFLOPS miqyaslı superkompüter hazırlamağa başlayacağını açıqlayıb. Bu superkompüter, süni intellekt üçün istifadə olunacaq.
Yeni süni intellekt aləti vasitəsilə xərçəng hüceyrələri, nanomiqyasda aşkarlana biləcək!
Yeni süni intellekt aləti vasitəsilə xərçəng hüceyrələri, nanomiqyasda aşkarlana biləcək!
Çin və İspaniyadan olan tədqiqatçılar, AINU (Hüceyrə nüvəsi süni intellekti) adlı yeni süni intellekt vasitəsinin köməyi ilə xərçəng hüceyrələrini və virus infeksiyalarını nanomiqyasda aşkar etməyin mümkün olduğunu bildiriblər.
Müxtəlif qitələrdə bir-birilə uyğunlaşan dinozavr ayaq izləri tapılıb!
Müxtəlif qitələrdə bir-birilə uyğunlaşan dinozavr ayaq izləri tapılıb!
Araşdırmalar zamanı Afrika və Cənubi Amerika qitələrində tapılan 260-dan çox dinozavr ayaq izinin bir-birindən təxminən 6 min kilometr uzaqlıqda olmasına baxmayaraq, bir-birinə uyğun gəldiyi ifadə edilib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!