Dünyanın ilk “taxta” peyki kosmosa buraxılıb!
Elm & Texnologiya
06.11.2024
Farid Pardashunas
Yaponiyanın hazırladığı dünyanın ilk taxta peyki Ay və Mars araşdırmalarında pioner olmaq üçün kosmosa göndərilib. LignoSat adlanan bu taxta peyk, 400 km-lik orbitdə dövr edəcək.
Kyoto Universitetinin alimləri tərəfindən hazırlanan LignoSat-ın atmosferə yenidən girdikdə taxta materialının yanması gözlənilir. Bu xüsusiyyət, metal parçaların Yerə düşməsi ilə yaranacaq ətraf mühit və təhlükəsizlik risklərini azaltmaq üçün davamlı bir həll kimi görünür.
Kub şəkilli eksperimental peykin hər bir tərəfi yalnız 10 santimetr ölçüsündədir. Peyk Sumitomo Forestry və Kyoto Universitetinin birgə əməkdaşlığı ilə hazırlanan xüsusi bir taxta materialdan hazırlanıb və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən təmin edilən xüsusi konteyner vasitəsilə ISS-ə çatacaq. Sonra, təxminən bir ay içində açıq kosmosa buraxılaraq davamlılığı və möhkəmliyi test ediləcək. Peykin təxminən 400 km yüksəklikdəki orbitə buraxılması gözlənilir. LignoSat orbitə yerləşdikdən sonra 6 ay müddətində orbitdə qalacaq.
Bu eksperimental peyk, Yerə məlumat göndərəcək və tədqiqatçılar peykin temperatur dəyişikliklərinə necə reaksiya verdiyini analiz edərək onun struktur dayanıqlığını qiymətləndirəcək. LignoSat layihəsi müvəffəqiyyətli olarsa, gələcəkdə ətraf mühitə dost peyk texnologiyalarının inkişafında mühüm addım atılmış olacaq. Kyoto Universitetində insanlı kosmik fəaliyyətlər üzrə çalışan astronavt Takao Doi, "Özümüz hazırlaya biləcəyimiz bir material olan taxta ilə kosmosda evlər tikə, yaşaya və işləyə biləcəyik" deyə bildirib. Ay və Marsda ağac əkmək və taxta evlər tikmək üçün 50 illik bir planı olan Doi-nin komandası, taxtanın kosmosda Yerdəkinə nisbətən daha dayanıqlı olduğunu, çürümə və yanmaya səbəb ola biləcək komponentlərin burada olmadığını söyləyir.
Tədqiqatçılar daha əvvəl ISS-də 10 ay davam edən bir təcrübə nəticəsində maqnoliya ağacından olan "honoki"nin kosmik gəmilər üçün ən uyğun material olduğunu kəşf ediblər. Honoki, həm də qılınc qınları üçün də istifadə edilir. Digər tərəfdən, LignoSat vint və ya yapışqan istifadə edilmədən ənənəvi Yapon əl sənəti texnikası ilə hazırlanıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!
NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!
Yer kürəsindən 24.3 milyard kilometr uzaqlıqda olan Voyager 1, rabitə problemlərindən sonra 1981-ci ildən bəri istifadə edilməyən ehtiyat radio ötürücü ilə siqnal göndərib.
Araşdırmalara görə, Uranın peyki Mirandanın səthinin altında okean mövcud ola bilər!
Araşdırmalara görə, Uranın peyki Mirandanın səthinin altında okean mövcud ola bilər!
Yeni bir araşdırma Uranın peyki Mirandanın səthinin altında maye halında okean ola biləcəyini göstərir. Peykin potensial olaraq həyat üçün uyğun olma ehtimalı var.
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
Perseverance, Marsda yaşanan Günəş tutulmasını qeydə alıb! (VİDEO)
NASA-nın Marsdakı kəşfiyyat aparatı Perseverance Günəş tutulması hadisəsini qeydə almağı bacarıb. Həmin maraqlı anların görüntülərini təqdim edirik.
NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
NASA insanlı Ay missiyası üçün eniş zonalarını müəyyənləşdirib!
NASA, 50 ildən artıq müddətdən sonra ilk ekipajlı Ay enişinə hazırlaşarkən, Artemis III (Artemida 3) vəzifəsi üçün Ayın cənub qütbü yaxınlığında 9 potensial eniş bölgəsini müəyyən edib.
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Avropa Kosmos Agentliyi (ESA) Mars gəzinti layihəsində neyromorfik süni zəka tətbiq etməyi planlaşdırır. Bu süni zəka sistemi ilə cihaz yalnızca millisaniyələr içində ətrafını anlaya biləcək.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!