main-post-cover

    Dünyanın istənilən yerindən İnternetə qoşula bilərsiniz-Yenilik

    20.08.2018
    Bot Lala
    Alcatel şirkəti dünyanın istənilən nöqtəsindən İnternetə sürətli qoşulma üçün HH40V portativ marşrutlayıcısını təqdim edib.
    Technote.az bildirir ki, Qualcomm MDM9207 çipi üzərində qurulan cihaz bütün şəbəkə standartlarını, o cümlədən 4G şəbəkəsini dəstəkləyir.
    Bundan başqa, marşrutlayıcını simli Ethernet texnologiyası vasitəsilə istifadə etmək olar. 4pda.ru saytının məlumatında bildirilir ki, Alcatel HH40V iki “Ethernet” portu və 150 Mbit/san yükləmə sürətinə malik 4G LTE modulu ilə təchiz edilib.
    Yeni qurğu Wi-Fi şəbəkəsini eyni anda 32 istifadəçi üçün 300 Mbit/san sürətində paylayır. Daim internetə qoşulmuş vəziyyətdə qalmaq üçün “Alcatel HH40V” marşrutlayıcısında əsas və ehtiyat qoşulma rejimlərini seçmək mümkündür.
    Məsələn, kabel vasitəsilə əlaqə itən zaman 4G qoşulma avtomatik aktivləşir. LTE siqnalının gücləndirilməsi üçün qurğu 2 desibel əmsallı iki antenadan istifadə edir. Alcatel HH40V marşrutlayıcısının qiyməti 70 ABŞ dolları təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər