main-post-cover

    Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!

    Elm & Texnologiya
    10.12.2024
    Farid Pardashunas

         Cənubi Koreyalı bir şirkət, elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi elektrik enerjisinin təkrar emalı sistemi hazırlayıb.

         Elektrikli avtomobillərin batareyaları sabit cərəyanla (DC) işləyir. Batareyadan gələn bu cərəyan mühərrikə ötürülərkən inverter vasitəsilə alternativ cərəyana (AC) çevrilir. Bu proses zamanı qaçınılmaz olaraq istilik və harmonik dalğalar yaranır, nəticədə enerji itkisi baş verir. Deogam-ın sistemi bu itkilərin bir qismini geri çevirmək prinsipinə əsaslanır. Şirkətin hazırladığı unikal texnologiya, elektromaqnit dalğalarını tutmaq və zərərli harmonik dalğaları bərpa etmək üçün toroid formalı bir enerji nüvəsindən istifadə edir.
        Deogam-ın hazırladığı texnologiya, bu günkü bütün elektrikli avtomobillərdə olan regenerativ əyləc sistemindən fərqlənir. Regenerativ əyləclərdə avtomobilin kinetik enerjisi elektrik mühərriki vasitəsilə elektrik enerjisinə çevrilir və bu, əyləc edərkən enerji qazanmağa imkan verir. Deogam-ın sistemi isə qaz pedalına basıldıqda, yəni mühərrik işləyərkən itirilən enerjini geri qaytarır. Deogam-ın sisteminin əsas xüsusiyyətlərindən biri enerji girişindəki böyük dalğalanmaları idarə edə bilmə qabiliyyətidir. Bu qabiliyyət, gərginlik dəyişiklikləri zamanı belə stabil enerji çevrilməsi və ötürülməsini təmin edən "Buck & Boost" tipli çevrici vasitəsilə reallaşdırılır.
        Aparılmış testlər onu göstərir ki, avtomobil işləyərkən harmoniklərə itirilən enerjinin təxminən 18%-i geri qazanıla bilər. Bu da elektrikli avtomobillərin sürüş məsafəsini 10%-ə qədər artırır. Bu texnologiya, hazırda yollarda olan təxminən 14 milyon elektrikli avtomobilə quraşdırılsa, illik təxminən 3.577.000 MWh enerji qənaəti təmin edilə bilər. Bu miqdar, 10 nüvə elektrik stansiyasının istehsal etdiyi enerjiyə bərabərdir. Şirkət bu elektrik enerjisinin təkrar emalı sisteminin elektrikli avtomobillərə inteqrasiya xərclərinin təxminən 1000 dollar olduğunu bildirir. Qazanılan enerji miqdarı nəzərə alındıqda, investisiyanın geri dönüş müddətinin 1.5 il olduğu qeyd olunur.
         Deogam gələcəkdə sistemin səmərəliliyini daha da artırmağı və ümumi enerji qazanımını 15%-ə çatdırmağı planlaşdırır. Şirkət həmçinin gələcək 5 il ərzində yeni avtomobillərin əksəriyyətinə bu sistemi inteqrasiya etmək üçün elektrikli avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək niyyətində də olduğunu açıqlayıb. Deogam 2025-ci ilin 7-10 yanvar tarixlərində Las Vegas-da keçiriləcək CES 2025 sərgisində elektrik enerjisinin təkrar emalı texnologiyası ilə bağlı daha ətraflı məlumat paylaşacağını bildirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Su və günəş işığından hidrogen yanacağı əldə etməyin yeni metodu kəşf edilib!
    su-ve-gunes-isigindan-hidrogen-yanacagi-elde-etmeyin-yeni-metodu-kesf-edilib
    Çinin mikro robotu öz bacarıqları ilə rekord qırıb!
    cinin-mikro-robotu-oz-bacariqlari-ile-rekord-qirib
    Bir zamanlar xəyal etdiyimiz "ətirlərin rəqəmsallaşdırılması" texnologiyası artıq reallığa çevirilməyə başlayır!
    bir-zamanlar-xeyal-etdiyimiz-etirlerin-reqemsallasdirilmasi-texnologiyasi-artiq-realliga-cevirilmeye-baslayir
    Bu şirkət, istifadəçilərinə günəş işığı satır: Bəs necə?
    bu-sirket-istifadecilerine-gunes-isigi-satir-bes-nece
    Bir universitet tələbəsi oksigen istehsalını təqlid edə bilən ipək yarpaq hazırlayıb!
    bir-universitet-telebesi-oksigen-istehsalini-teqlid-ede-bilen-ipek-yarpaq-hazirlayib