
Elm adamları 36 il əvvəl ölən heyvanın toxumasından yeni balalar əldə edə biliblər!
Elm & Texnologiya
25.11.2024
Aslan
Alimlər 36 il əvvəl ölmüş, lakin çoxalma qabiliyyəti olmayan bir gəlinciyin toxumasından yeni balalar əldə etməyi bacarıblar.
Bu gün dünyada milyonlarla növ həyatını davam etdirir, lakin mövcud növlərin yüzlərlə qatı müxtəlif səbəblərə görə, nəsillərini davam etdirə bilməyərək məhv olub gedib. Günümüzdə də bir çox növ tükənmə təhlükəsi ilə üzləşir və alimlər növlərin yox olmasının qarşısını almaq üçün bütün gücləri ilə çalışırlar. Bu cəhdlərdən biri, növlərin qorunması ilə bağlı mühüm bir nəticə vermiş vəziyyətdədir.
Scientific American tərəfindən paylaşılan məlumatlara görə, alimlər tükənmə təhlükəsi ilə üzləşən qaraayaqlı gəlincikləri daha əvvəl dondurularaq saxlanılan toxumalardan istifadə edərək klonlamağı bacarıblar. Bu nailiyyət, tükənməkdə olan növlərin genetik müxtəlifliyini qorumaq və gələcək nəsillərin sağlam şəkildə varlığını davam etdirməsi üçün mühüm bir addım kimi qiymətləndirilir.

Klonlamada istifadə olunan genetik material, 1988-ci ildə ölmüş və ölməzdən əvvəl çoxalma qabiliyyəti olmayan bir gəlinciyin toxumasından əldə edilib. Xüsusilə bu toxumanın istifadə olunmasının səbəbi, həmin gəlinciyin hazırda yaşayan gəlinciyin genetik müxtəlifliyindən 3 dəfə çox olmasıdır. Klonlama, bu gəlinciyin toxumalarının ev gəlinciyinin yumurtalarına yerləşdirilməsi yolu ilə həyata keçirilib.
Klonlama uğurla başa çatdırılsa da, problem tamamilə həll olunmayıb. Çünki yeni doğulan klon balalar məhdud çoxalma qabiliyyətinə malikdirlər. Bu səbəbdən növün gələcəyini tamamilə qorumaq mümkün deyil. Araşdırmalar növlərin yalnız laboratoriya şəraitində saxlanılmasını deyil, vəhşi təbiətdə varlığını davam etdirməsini hədəflədiyindən, bundan sonrakı işlər klon balaların genetik müxtəlifliyini artırmaq və bu müxtəlifliyi gələcək nəsillərə ötürmək üzərində cəmləşəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
