main-post-cover

    Elon Musk-ın, Marsı məskunlaşdırmaq planı

    Elm & Texnologiya
    16.06.2017
    Farid Pardashunas

    “SpaceX” şirkətinin CEO-su Elon Musk öz yazısında Mars planetinin məskunlaşması mövzusu üzrə planını qeyd edib.

    Onun tərəfindən hazırlanmış qrafik və cədvəllər, Mars planetinə uçuş qiymətinin necə aşağı salınmasını və insan növünün multiplanetar növ olmasının yolunu göstərir. Öz yazısında Musk, Marsın məskunlaşması üzrə öz nöqteyi nəzərini və 2020-ci ildə artıq həmin planetə uçuşu reallaşdıracaq aparıcı texnologiyaları qeyd edib. Musk-ın fikrincə gec-tez Yer kürəsindəki insanlar məhv olacaqlar. Buna görə də kosmosdakı digər planetlərdə məskunlaşmaq prosesi haqqında artıq tədarük görmək və multiplanetar növ olmaq lazımdır. Nə vaxtsa Mars, bizim planetlə ortaq xüsusiyyətlərə sahib olub və o indi də vacib resurslarla zəngindir. Qravitasiya, atmosfer və gün işığının olması da müəyyən normal səviyyədədir. Bununla yanaşı Marsı isitsək, onda o, həyatın varolması üçün daha da münbit obyektə çevriləcək. Marsda məskunlaşmaq, insanlığın inkişafı üçün təbii mərhələ olmalıdır. Lakin ilk öncə uçuş xərclərini aşağı salmaq lazımdır. Müasir texnologiyalar vasitəsilə bu cür uçuş 10 milyard dollara başa gələcək. Lakin həmin qiymət göstəricisini 200.000$-a endirmək lazımdır. Marsa uçuş prosesinin xərcinin aşağı salınması üçün bir neçə mərhələdən keçmək lazımdır.
    İlk mərhələdə uzun məsafəli uçuşlar üçün nəzərdə tutulmuş təkrar istifadəyə yararlı nəqliyyat növü yaradılmalıdır. “SpaceX” artıq bunun üzərində çalışır. Belə ki, İyun ayının əvvəlində şirkət, Dragon adlı yük kosmik gəmisinin təkrar uçuşunu reallaşdırdı. Kosmik gəmiləri yanacaqla təmin etmək üçün kosmosda yanacaqdoldurma stansiyaları olmalıdır. Raketlər üçün yanacağın özü isə Marsda istehsal olunmalıdır. Yazının digər bir hissəsi isə bu layihənin müddəti haqqında proqnozlardır. “SpaceX”in planına əsasən Dragon 2 kosmik gəmisi 2 ildən sonra Marsa yollanacaq. 2020-ci ildədə şirkət, Dragon kosmik gəmisinin iştirak edəcəyi daha bir uçuş reallaşdıracaq. Kosmik gəmini idarə edən insanlar ilə birlikdə Mars planetinə uçuş isə 2020-ci illərdə reallaşdırılacaq. Gələcəkdə olacaq Mars planetinin məskunlaşması üzrə özəlliklər artıq indiki günümüzdə bir çox sahənin mütəxəssisi tərəfindən öyrənilir. Beləliklə həkimlər aşkar ediblər ki, ilk dəfə insanların iştirak edəcəkləri bu cür missiya zamanı onların xərçəng xəstəliyinə yoluxmaları ehtimalı yüksək olacaq. Kalqari Universiteti, Mars memarlığı üzrə kurslara start verib. NASA isə kosmosda tərəvəz və meyvələrin yetişdiriləcəyi münbit şəraitin prototipini hazırlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər