Elon Musk, Mars planetinin kolonizasiyalaşdırılması planlarını açıqladı (VİDEO)

Elon Musk, Mars planetinin kolonizasiyalaşdırılması planlarını açıqladı (VİDEO)

Texnologiya
30.09.2017 PAYLAŞIM

Yer kürəsində bir şəhərdən digərinə 30 dəqiqə ərzində səyahət etmək, heç də pis deyil. Lakin Elon Musk-ın əsas məqsədi Marsdır.

Beynəlxalq Astronavtika Konqressində çıxışı zamanı Musk, Mars planetinin kolonizasiyası barəsində planlarını açıqlayıb. Belə ki, “SpaceX”, bu proqrama 2022-ci ildə start verməyi planlaşdırır. Hətta təqdimat zamanı planetin kolonizasiyasının konsepti də təqdim olunmuşdu. Marsa uçuşların reallaşdırılması üçün hündürlüyü 106 metr, diametri isə 9 metr olan BFR (Big Falcon Rocket və ya Big F*cking Rocket) raketindən istifadə olunacaq.


Bu yeni raket versiyası, özündə 42 deyil, 31 ədəd Raptor mühərrikini birləşdirəcək. Həmçinin Interplanetary Transport System adı ilə tanınan aparat, Yer kürəsi orbitinə 150 ton yük göndərməyə qadirdir. Marsa uçuş zamanı isə faydalı yüklənmə miqdarı 20-50 ton təşkil edəcək. İdarəolunan uçuş zamanı sözügedən sistem, daxilində 2-3 astronavt olacaq 40 kabinə sahib kosmik gəmini kosmosa göndərəcək. Beləliklə bir uçuşa BFR, 100-ə yaxın insan daşıya biləcək. BFR-nın inşası növbəti 6-9 ay ərzində start götürəcək. Buna şirkətin bütün resursları sərf olunacaq.

Raket və kosmik gəminin digər detallarını isə təkrar uçuşlar üçün istifadə etmək mümkün olacaq. Bu isə öz növbəsində uçuş xərclərini bir xeyli azaldacaq. Nəticə etibarilə planetlərarası nəqliyyat sistemi, “SpaceX”in digər aparatlarını əvəz edəcək. Lakin müştərinin istəyinə uyğun olaraq şirkət yenə də Falcon 9Falcon Heavy-ni təklif edəcək. Bununla yanaşı BFR, Aya da yük daşıya bilər. Elon Musk isə öz növbəsində Ayda bazanın yaradılmasını dəstəkləyib. Elon Musk-ın fikrincə yeni raket sisteminin tikilməsinə 5 il sərf etmək tamamilə real bir şeydir.

2022-ci ildə “SpaceX”, Marsa 2 dəfə yük daşınması missiyası ilə uçuş reallaşdıra bilər. İlk missiyaların məqsədi, suyun varoluşunun təsdiqlənməsi (yanacağın istehsal olunması üçün) və planetin kolonizasiyalaşdırılması üçün növbəti mərhələlərə hazırlıq olacaq. 2024-cü ildə isə şirkət, Marsa 4 uçuş reallaşdıracaq. Onlardan ikisində astronavtlar da sözügedən planetə uçacaqlar. Elon Musk-ın bir sıra planları çox optimistik səslənir. Bununla yanaşı “SpaceX”, hələki kosmosa insan göndərməyib. BKS-ə (Beynəlxalq Kosmik Stansiya) astronavtların göndərilməsi, bu il üçün nəzərdə tutulurdu. Lakin planlar dəyişdi və bu iş, 2018-2019-cu illərə təxirə salındı. Ay ətrafı turistik uçuşlar isə gələn il başlayacaq. Dünənki xəbərimizdə həmçinin qeyd etmişdik ki, Musk, öz çıxışının sonunda raketlər vasitəsilə Yer kürəsindəki şəhərlərarası uçuş layihəsini də təqdim edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×