
Elon Musk, insanların, aviabilet qiymətinə raket vasitəsilə şəhərlərarası daşınması layihəsini təqdim etdi (VİDEO)
Elm & Texnologiya
29.09.2017
Emil
Bugün Beynəlxalq Astronavtika Konqressində çıxışı zamanı Elon Musk, Ay və Mars barəsində planlarını açıqladı. Lakin ən maraqlı ideyasını o, çıxışının sonuna saxladı.
Onun yeni ideyası, Yer kürəsi ilə
bağlıdır. Belə ki, Musk, öz plaentlərarası raket sistemini, şəhərlər arasındakı
uçuşlarda istifadə etmək niyyətindədir. Bu üsul ilə sərnişinlər, Yer kürəsinin
istənilən nöqtəsinə olan ən uzun uçuşları, 30 dəqiqə ərzində reallaşdıra biləcəklər.
Bunun üçün Musk, “SpaceX”in
ən böyük raketi olan Big Falcon Rocket-dən (Musk özü onu Big Fu*king Rocket adlandırır) istifadəni təklif edib. Bu raket,
böyük kosmik gəmini, Yer kürəsinin orbitinə çatdıracaq.
Daha sonra isə həmin
kosmik gəmi, böyük şəhərlərin yanında olacaq su platformalarına eniş edəcək.
Yeni raket və yeni kosmik gəmi layihəsi artıq hazırlanma mərhələsindədir. Musk,
hər iki obyektin tikintisinə növbəti 6-9 ay çərçivəsində başlamağı
planlaşdırır. “SpaceX” tərəfindən təqdim olunmuş videoda sözügedən ideya əks
olunub.

Həmin videoda sərnişinləri ilk öncə raketin Nyu Yorkdakı su üzərində
olan start uçuş platformasına göndərirlər. Daha sonra sərnişinlər, raketə minirlər.
Qeyd etmək lazımdır ki, həmin raket sayəsində Musk, 2024-cü ildə insanları
Marsa göndərməyi planlaşdırır. Sərnişinlər raketə mindikdən sonra digər planetə
yollanmaq əvəzinə, kosmik gəmi, Yer kürəsinin
atmosferini tərk edərək raketdən ayrılır və Şanxay şəhərinə eniş edir. 39 dəqiqə
və 11.000 km sonra kosmik gəmi yenidən atmosferə qayıdır və daha sonra digər şəhərdə
eniş edir.
Videoda, Honkonq-Sinqapur (22 dəqiqə), London-Dubay və ya Nyu York
(29 dəqiqə) və Los Anceles-Toronto (24 dəqiqə) marşrutları əks olunub.
Reallaşacağı halda bu, insanlıq tərəfindən yaradılmış ən sürətli uçuş növü
olacaq. Musk-ın sözlərinə əsasən kosmik gəmi, saatda 30.000 km sürət yığa biləcək.
Və əgər bu, Aya və Marsa göndərilməsi planlaşdırılan kosmik gəmi olsa, onda o, bir uçuşa 80-200 nəfər sərnişin daşıya bilər. Lakin bu cür uçuş zamanı adi
insanların keçirdəcəkləri narahatlıqlar sual altında qalır. Belə ki, burda
insan orqanizminə olan yüksək yüklənməni, çəkisizliyi və digər faktorları nəzərə
almaq laızmdır. Digər tərəfdən bir çoxları uşaqlıqda kosmonavt olmaq arzusu ilə
yaşayıb və Musk onların bu arzularını adi aviabilet qiymətinə reallaşdırmağa
çalışır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
