
Elon Musk, Neuralink beyin çiplərini milyonlarla insana implantasiya etməyi hədəfləyir!
Elm & Texnologiya
23.08.2024
Aslan
Elon Musk, Neuralink layihəsi üçün yeni hədəfini açıqlayıb. O, qarşıdakı 10 il ərzində insanların beyninə milyonlarla Neuralink çipini yerləşdirməyə ümid etdiyini söyləyib.
Bu yaxınlarda Neuralink-in "Link" adlı yeni cihazı quraşdırılan Alex adlı xəstənin Counter-Strike oynadığı və kompüterində sadəcə düşünərək üçölçülü obyektlər hazırladığı video paylaşılmışdı. Musk, X platformasında verdiyi açıqlamada, "Hər şey yaxşı olarsa, bir neçə ildən sonra yüzlərlə insan Neuralink-ə sahib olacaq. Bəlkə 5 ildən sonra on minlərlə, 10 ildən sonra isə milyonlar olacaq" deyə qeyd edib.

Neuralink bildirib ki, texnologiya ilə bağlı insan təcrübəsində iştirak edən şəxs, öz düşüncələrindən istifadə edərək kompüter dəstəkli dizayn (CAD) proqramından istifadə edərək 3D obyektlərin layihələndirilməsi kimi yeni tapşırıqları yerinə yetirə bilib.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
