main-post-cover

    Elon Musk, 'SpaceX' ilə bağlı yeni xəbərlər verdi

    Elm & Texnologiya
    20.07.2017
    Farid Pardashunas

    Falcon Heavy ağır raketi, start mərhələsində partlamaq riskinə sahibdir. Mars səthinə Dragon kosmik gəmisinin enişi isə hələki sual altındadır.

    Elon Musk, “SpaceX” ilə bağlı yeni xəbərləri, iştirak etdiyi son konfranslardan birində bildirib. Bundan əlavə olaraq o bildirib ki, 2018-ci ildə Falcon 9 raketləri, əvvəlki uçuşdan 24 saat sonra yenidən uçuş reallaşdıracaqlar. “SpaceX”in Mars planeti üçün gələcək missiyalarında istifadə edəcəyi əsas komponentlər, Falcon Heavy ağır raketi və Dragon kosmik gəmisinin təkmilləşdirilmiş versiyasıdır. İlk öncə şirkət, Mars planetinin səthinə Dragon 2 kosmik gəmisini endirməyi planlaşdırırdı. Güman olunurdu ki, kosmik aparat, tormoz mühərrikləri vasitəsilə eniş edəcək və xüsusi dirəklər sayəsində planetin səthində yer alacaq. Lakin şirkət bu fikirdən imtina edib. Musk-ın sözlərinə əsasən onlar Mars planetinin səthinə daha təhlükəsiz və effektiv eniş üsulunu axtarırlar. Dragon 2 kosmik gəmisi hələ də tormoz mühərrikləri ilə təchiz olunacaq. Lakin o, xüsusi eniş dirəklərindən məhrum olacaq. Bundan əlavə olaraq Musk, Falcon Heavy raketinin start mərhələsindəki ola biləcək risklər barədə də məlumat verib.
    Qeyd etmək lazımdırki, sözügedən raketin ilk test uçuşu, Avqust ayında keçiriləcək. Raketin uçması üçün 27 mühərrikin sinxron çalışması lazım olacaq. Bu isə Falcon 9-un işə düşməsi üçün lazım olan mühərrik gücündən 3 dəfə çoxdur. “Bu çox böyük riskdir. Raketin, orbitə çatmama ehtimalı var” – deyə Musk bildirib. Onun sözlərinə əsasən əgər raketin start meydançası, partlayışdan zərər çəkməsə, bu artıq böyük uğur hesab ediləcək. Musk etiraf edib ki, Falcon Heavy-ni yaratmaq, əvvəllər düşünüldüyü kimi heçdə asan deyilmiş. Bundan əlavə olaraq o qeyd edib ki, uzunməsafəli kosmik səyahətlər üçün nəzərdə tutulmuş bu raketin ilk sərnişinləri çox cəsarətli olmalıdırlar. Musk özü risk edib kosmosa yollanmağa hazırdır. 3-4 ildən sonra o, BKS-də (Beynəlxalq Kosmik Stansiya) olmağı istəyir. Lakin sözügedən stansiya, kosmosda yeganə baza olmamalıdır. Onun fikrincə kosmik səyahətləri mıəşhurlaşdırmaq üçün Ayda baza yaratmaq lazımdır. Raket uçuşlarına xərclənən vəsaitlərin aşağı salınması, “SpaceX”i bu bazarın lider şirkəti edə bilər. Hal hazırda şirkət, dünyadakı raket uçuşlarının yarısını özü reallaşdırır. Mütəxəssislərin fikrincə 2018-ci ildə “SpaceX” bu sahə üzrə dünya bazarının 60%-nə sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər