main-post-cover

    Elon Musk Super Heavy raketinin Raptor mühərriklərini sərgiləyib

    Elm & Texnologiya
    04.08.2021
    Farid Pardashunas
        Elon Musk SpaceX şirkətinin çoxistifadəli Super Heavy ağır raketinin Raptor mühərriklərini sərgiləyib. Qeyd etmək lazımdır ki, Super Heavy ağır raketi 2023-cü il üçün planlaşdırılan Mars missiyasında iştirak edəcək. Belə ki, o, kosmik gəmini Mars planetinə çatdırmalıdır. 70 metr hündürlüyə və 9 metr diametrə sahib Super Heavy raketinə 29 ədəd Raptor mühərriki quraşdırılıb. Musk raketin mühərriklərinin fotosunu öz Twitter hesabında təqdim edib.
        29 ədəd Raptor mühərrikindən ibarət olan qruplaşma Booster 4 adını əldə edib. Raketin final versiyasında 33 ədəd Raptor mühərriki olacaq. Yaxın günlərdə quraşdırılmış 29 ədəd mühərrik isə test uçuşları üçün nəzərdə tutulub. Sözügedən mühərriklərin raketə quraşdırılması üçün 14 saat vaxt sərf olunub. Qeyd etmək lazımdır ki, Super Heavy raketinin Starship kosmik gəmisinin Yer kürəsinin orbitinə çatdırılması üçün sürətləndirici mexanizm rolunda istifadə edilməsi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər