Elon Musk Tesla şirkətində irimiqyaslı təxribat yaratmaq istəyən əməkdaşdan xəbər verdi
Elm & Texnologiya
19.06.2018
Emil Nəcəfov
Elon Musk Tesla şirkətinin əməkdaşlarından
birinin şirkətin konfidensial məlumatlarının üçüncü tərəfə ötürməsindən və beləliklə
irimiqyaslı təxribat yaratmasından danışıb. Bu barədə Musk şirkətin digər əməkdaşlarına
məktub vasitəsilə bildirib. Məktubda bildirilib ki, adı çəkilməyən əməkdaş bilərəkdən
şirkətin təchizatındakı əməliyyat sisteminə kənar kodlar əlavə edib. Bundan əlavə
olaraq sözügedən şəxs şirkətin gizli məlumatlarını üçüncü tərəflərə ötürürmüş.
Musk bildirib ki, bütün bunları etmiş şəxs artıq dindirilib və o, bütün əməllərini
etiraf edib. Sözügedən əməlləri yerinə yetirmiş şəxs buna səbəb kimi uzun müddət
ərzində vəzifəsinin artırılmamasını gətirib. “Onun əməllərinin miqyası tam
olaraq bilinmir. Lakin onun etdikləri çox pis səslənir” – deyə Musk bildirib.
Hal hazırda Tesla şirkəti bu məsələ ilə bağlı istintaq aparır. Şirkət həmin şəxsin
Tesla-da cinayət şərikinin olub-olmadığını və onun rəqib şirkətlərlə əlbir olma
ehtimallarının mümkünlüyünü öyrənmək istəyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!