main-post-cover

    Elon Musk Tesla şirkətinin direktorlar şurasının sədri vəzifəsindən 3 illik müddətinə azad edildi

    Elm & Texnologiya
    17.10.2018
    Emil Nəcəfov
        ABŞ məhkəməsi Elon Musk ilə ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) arasında bağlanmış razılaşmanı təsdiqləyib. Beləliklə Musk Tesla şirkətinin direktorlar şurasının sədr vəzifəsindən ayrılacaq və 3 il ərzində həmin vəzifəyə təyin edilməyəcək. SEC ilə Musk arasındakı razılaşma Musk-ın SEC tərəfindən günahlandırılmasından sonra baş tutub.
        Belə ki, bu ilin Avqust ayında Musk öz Twitter hesabında bildirmişdi ki, o, Tesla-nı özəl şirkətə çevirməyi planlaşdırır. Bu cür bəyanatdan sonra şirkətin bazardakı səhm qiymətləri kəskin qalxmışdı. Bunu görən SEC isə şirkətin səhm qiymətlərinin süni şəkildə qaldırılması üzrə Musk-ı günahlandıraraq onu məhkəməyə vermişdi.
        Bununla belə Musk bildirmişdi ki, Tesla-nın özəl şirkətə çevrilməsi üçün maliyyələşdirilmə təmin edilib. Belliklə SEC ilə razılaşma çərçivəsində Musk 20 milyon dollar cərimə ödəyəcək. Tesla da həmçinin 20 milyon dollar cərimə ödəməlidir. Musk-ın Tesla şirkətinin direktorlar şurasının sədr vəzifəsindən getməsindən sonra şirkətin direktorlar şurasına müstəqil sədr seçiləcək və əlavə olaraq iki direktor əlavə olunacaq. Musk isə bundan sonra şirkətin və onun səhmdarlarının məlumatlarının əks olunduğu materialların sosial şəbəkələrdə paylaşılması üçün xüsusi komissiya ilə razılığa gəlməli olacaq.
    Linki kopyala