Logo
    main-post-cover

    Elon Musk Time jurnalı tərəfindən 'İlin adamı' adını əldə edib

        Amerikalı sahibkar və milyarder Elon Musk Time jurnalı tərəfindən “İlin adamı” adını əldə edib. Bu barədə məlumat Time jurnalının Youtube kanalındakı canlı yayımı zamanı verilib.
        “Bu insan bizim planetimizi xilas etmək məqsədini önünə qoyub. Zarafatçı, dahi, ictimai normaları inkar edən və qınaq obyektinə çevrilən konsepsiyaları dəstəkləyən, sənayeçi və şoumen. Thomas Edison, Phineas Taylor Barnum (19-cu əsrin məşhur amerikalı şoumeni), Andrew Carneige (amerikalı sahibkar və multimilyonçu) və “Watchmen” filmindəki Doctor Manhattan personajının dəlisov qarışığı. Bu insan elektrikli avtomobilləri yaradır və insanları Marsa köçürtməyi hədəfləyib. Onun SpaceX şirkəti Boeing-i və bu sahədə çalışan digər təmsilçiləri geridə qoyaraq ABŞ kosmonavtikasının gələcəyini irəli doğru çəkir. Onun Tesla şirkəti milyardlarla dollar dəyəri olan elektromobil bazarının 2/3 hissəsini idarə edir və şirkətin öz bazar dəyəri artıq trilyon dollara yaxındır. Bütün bunlar ona 250 milyard dollara yaxın sərvət gətirib. Nəticədə o, dünya tarixinin ən varlı şəxsinə çevrilib. O, robotlar, günəş energetikası, kriptovalyutalar, iqlim problemi, süni zəka ilə mübarizə məsələsində insanları üst səviyyəyə qaldırmağa imkan verəcək beyin implantları və insanların bir nöqtədən digər nöqtəyə sürətlə hərəkət etmələri üçün nəzərdə tutulmuş yeraltı tunellər ilə maraqlanır” - deyə Time jurnalı Elon Musk-ı təsvir edib.
        Qeyd etmək lazımdır ki, sözügedən jurnal 1927-ci ilin dekabr ayından başlayaraq hər il müəyyən şəxsi “İlin adamı” seçir. Nəticədə seçilmiş şəxsin fotosu jurnalın üz qabığına yerləşdirilir. Time jurnalı “İlin adamı”nı seçərkən bu və ya digər hansısa kriteriyaya nəzər yetirmir. Güman olunur ki, “İlin adamı” adı o şəxsə verilir ki, hansı ki, il ərzində cəmiyyətə daha çox təsir göstərmiş olsun. Təsirin pozitiv və ya neqativ olması da şərt deyil.
    Paylaş
    Bənzər xəbərlər