
Elon Musk Türkiyəyə səfər etdi və prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü
Elm & Texnologiya
09.11.2017
Emil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SpaceX” və “Tesla” şirkətlərinin CEO-su Elon Musk ilə görüşüb.
Bu barədə Anadolu agentliyi xəbər
verir. “Elon Musk Turksat 5A və 5B peyklərinin kosmosa buraxılmasının müzakirəsi
ilə bağlı Türkiyəyə gəlib” – deyə prezidentin mətbuat katibi bildirib. Ərdoğan
amerikalı biznesmeni prezident sarayında qəbul edib. Məlumata əsasən onların
görüşləri bağlı qapılar arxasında 1 saat davam edib. Həmin görüşdə həmçinin
Türkiyənin nəqliyyat və texnologiya nazirləri də çıxış ediblər. Peyklərin
kosmosa buraxılmasından əlavə olaraq Ərdoğan və Musk avtomobil istehsalı barəsində
də müzakirələr aparıblar. Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən
Türkiyə 2019-cu ildə öz ilk avtomobilini istehsal etməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər