main-post-cover

    Elon Musk ukraynalı vətəndaşlar üçün Starlink peyk internetini pulsuz istifadəyə verib

    Elm & Texnologiya
    27.02.2022
    Emil Nəcəfov
        Elon Musk öz iş layihələri çərçivəsində humanitar aksiyaları ilə məşhurdur. İlk növbədə o, təbii fəlakətlərdən zərər çəkmiş insanlara maddi yardım göstərir və təbii fəlakətlər səbəbilə infrastrukturu zərər çəkmiş regionlara öz şirkətlərinin xidmətlərini və məhsullarını təqdim edir. Bu dəfə isə o, Starlink peyk internetini ukraynalı vətəndaşlar üçün pulsuz şəkildə təqdim edib. Daha öncə Starlink-in Ukraynaya ən yaxın fəaliyyət göstərdiyi region Polşa idi. Ukraynalı məmurlardan biri Ukraynada baş verən müharibə şərtləri altında Musk-dan etibarlı şəbəkə kanallarının təqdim edilməsini xahiş etmişdi.
        Musk isə öz Twitter hesabında cavab olaraq bildirib ki, Starlink peyk interneti ukraynalı vətəndaşlar üçün tamamilə pulsuz şəkildə təqdim edilib və bunun üçün nəzərdə tutulmuş əlavə qoşulma terminalları Ukraynaya çatdırılacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Musk sunamidən zərər çəkmiş Tonqa adlı dövlət üçün 50 ədəd peyk şəbəkə terminalını ayırmışdı. Yanvar ayının ortasında Tonqa dövləti sunamidən zərər çəkmişdi və həmin təbii fəlakət çərçivəsində dövlətin yerüstü infrastrukturu məhv olmuşdu. Starlink peyk interneti isə həmin zərəri qarşıladı. Həmin vaxtda Starlink 1469 ədəd aktiv peykə sahib idi. İndi isə peyklərin ümumi sayı 2089 ədəddir
    Linki kopyala