
Ən qədim ulduzlardan bir neçəsi Süd Yolu qalaktikasında kəşf edilib
Elm & Texnologiya
16.05.2024
Emil
Massaçusets Texnologiya İnstitutunun alimləri Süd Yolu qalaktikasının halosunda (sferik formada olub qalaktikanın görünən hissəsi boyunca uzanan görünməz qalaktik komponent / isti qazdan, ulduzlardan və qaranlıq materiyadan təşkil olunub) kainatın ən qədim ulduzlarından bir neçəsini kəşf ediblər. Məlumata əsasən kəşf edilmiş yeni qədim ulduzlar təqribi olaraq 12-13 milyard il bundan öncə formalaşıblar. Onların müşahidəsi kainatın və bizim qalaktikanın Böyük partlayışdan sonrakı inkişafı barəsində yeni məlumatları təqdim edə bilər. Alimlər Magellan-Clay adlı teleskop vasitəsilə əldə edilmiş məlumatları analiz edən zaman onların diqqətlərini müəyyən ulduzlar çəkiblər.
Söhbət, tərkiblərində az miqdarda stronsium və barium elementləri olan ulduzlardan gedir. Hesab edilir ki, Böyük partlayışdan sonra ulduz tozu tərkibində bu elementlərin miqdarı olduqca az olub. Buna görə də bu elementlərin az miqdarda olduqlarını göstərən spektrə sahib ulduzların erkən kainatda formalaşmış ulduzlar olduqları hesab edilir. Aparılmış əlavə analizlər nəticəsində alimlər olduqca az miqdarda stronsium, barium və dəmirə sahib 3 ədəd ulduzu seçiblər. Seçilmiş ulduzlar 2013-2014-cü illərdə kəşf edilib.
Seçilmiş 3 ədəd ulduzun orbital sxemlərinin müşahidəsi onu göstərib ki, bu ulduzlar Süd Yolu qalaktikasının halosundakı digər ulduzlara əks olan istiqamətdə hərəkət edirlər. Bu cür hərəkət sxemi isə əsasən kosmik obyektin öz mühiti üçün doğma olmadığına işarə edir. Bu cür hərəkət sxemi ilə kimyəvi tərkiblər sayəsində alimlər belə qənaətə gəliblər ki, bu 3 ədəd qədim ulduz nə vaxtsa cırtdan qalaktikaların tərkiblərində olublar. Lakin bizim Süd Yolu qalaktikamız böyümə prosesi çərçivəsində həmin cırtdan qalaktikaları udub və nəticədə bu qədim ulduzlar bizim qalaktikaya keçid ediblər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
