
Ən uzaq məsafəli kosmik aparatlardan biri Günəş sisteminin sərhədini keçməyə hazırlaşır
Elm & Texnologiya
20.02.2025
Emil
New Horizons (Yeni Üfüqlər) kosmik aparatı yaxın gələcəkdə tarixi bir hadisə həyata keçirməlidir. Bu, bizim ulduz sistemimizin ən uzaq bölgələrini daha yaxşı anlamağa kömək edəcək. NASA-nın New Horizons aparatı Günəş sistemindəki ən uzaq kosmik aparatlardan biridir. O, Yer kürəsindən təxminən 60 av (astronomik vahid - 1 av = 150 milyon km) məsafədə yerləşir. 2015-ci ildə New Horizons ilk dəfə Plutonu yaxın məsafədən müşahidə etdi və daha sonra Günəş sisteminin ən uzaq bölgələrini - Koyper qurşağını tədqiq etməyə başladı. Bu qurşaq milyonlarla buzlu cisimlə dolu olan geniş bir kosmik bölgədir.

İndi isə NASA aparatı şok dalğası sərhədini keçməyə hazırlaşır. Bu, Günəş küləyinin sürətinin azaldığı və faktiki olaraq Günəş sisteminin sərhədini təşkil edən bir bölgədir. Lakin məlumata əsasən bu sərhəddən bir qədər uzaqda artıq heliosfer yerləşir - burada isə ulduzlararası mühit başlayır. Günəşin təsir dairəsi heliosfer adlanır. Bu sahə Günəşdən çıxan yüklü hissəcik axını - Günəş küləyi ilə doludur. Lakin Günəş küləyinin sürəti şok dalğası sərhədində (heliosferin xarici sərhədlərindən biri) kəskin şəkildə azalır. Bu bölgədə Günəşin təsiri zəifləyir və ulduzlararası mühitin təsiri hiss olunmağa başlayır.

Lakin astronomların bu kosmik bölgə haqqında çox az məlumatı var, çünki şok dalğası sərhədi Yerdən təxminən 11 milyard km məsafədə yerləşir. New Horizons missiyasının baş tədqiqatçısı Alan Stern bildirib ki, NASA aparatının bu sərhədi nə vaxt keçəcəyini dəqiq söyləmək çətindir, lakin bunun təxminən 2027-ci ildə baş verəcəyi gözlənilir. Ən vacib məqam isə alimlərin sözlərinə görə, New Horizons aparatının tam işlək vəziyyətdə olmasıdır - bütün 7 elmi aləti düzgün fəaliyyət göstərir. Proqnozlara görə, bu aparat 2050-ci ilə qədər işləməyə və Günəş sisteminin kənarlarını araşdırmağa davam edəcək. Alimlərin sözlərinə görə, heliosfer və ulduzlararası mühit arasındakı əsas sərhədlərdən birinin tədqiqi astrofizika üçün böyük əhəmiyyət kəsb edir.

Voyager-1 və Voyager-2 kosmik aparatları artıq çoxdan şok dalğası sərhədini keçsələr də, onlarda bu prosesi tam tədqiq etməyə imkan verən avadanlıq yox idi. NASA alimlərinin sözlərinə görə, aparatın bu sərhədi keçməsi cəmi 10 dəqiqə çəkə bilər, lakin bölgənin dinamikliyi səbəbindən bir neçə dəfə sərhədi keçməsi ehtimalı var, çünki şok dalğası bir neçə gün ərzində hərəkət edə bilər. Hər halda, bu hadisə New Horizons üçün tarixi bir an olacaq. Yeni məlumatlar astrofiziklərə şok dalğası sərhədinin necə çalışdığını daha yaxşı başa düşməyə kömək edəcək. Bundan əlavə, alimlər hesab edirlər ki, bir neçə ildən sonra New Horizons, Koyper qurşağının yeni bir regionuna daxil ola bilər. Əgər bu, baş verərsə, bu kosmik bölgənin düşünüldüyündən daha geniş olduğu sübut oluna bilər.
Mənbə: Space.com
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
2032-ci ildə asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı bir qədər yüksəlib
NASA alimlərinin yeni hesablamalarına görə, "şəhərlərin qatili" adlandırılan kosmik daşın Yerə çırpılma riski 3.1%-ə yüksəlib. Məlumata əsasən eni təxminən 54 metr olan bu asteroid 2024-cü ilin dekabrında aşkar edilib və 2024 YR4 adlandırılıb.

Elm & Texnologiya
Fransadakı termonüvə reaktorunda plazmanın saxlanma müddəti üzrə yeni rekorda imza atılıb
Fransız alimlər termonüvə reaktoru olan tokamak tipli qurğuda plazmanın saxlanılması üzrə Çinli həmkarlarının son nailiyyətini 25% üstələyiblər.

Elm & Texnologiya
Çinlilər təbii almazdan daha möhkəm olan süni almaz hazırlayıblar
Ən möhkəm almazlar - lonsdeleitlər - təbii şəraitdə son dərəcə nadir rast gəlinir və əsasən meteoritlərin düşdüyü yerlərdə tapılır. Bu almazlar kubik deyil, heksaqonal kristal quruluşa malikdirlər.

Elm & Texnologiya
Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub
Böyük Britaniya alimlərinin son araşdırması göstərib ki, kvant reallığında zaman həm irəli, həm də geri axa bilər. Bu kəşf zamanın xətti olması ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına atır və əlavə tədqiqatlara ehtiyac yaradır.

Elm & Texnologiya
Şüurlu həyat təkcə Yer kürəsində təkamülün təbii nəticəsi deyil
ABŞ-dan olan alimlər qrupu şüurlu həyatın nadir olması ilə bağlı ənənəvi nəzəriyyəni şübhə altına alır. Yeni modelə görə, insanlıq təkamül proseslərinin təbii nəticəsi ola bilər. Bu isə digər planetlərdə həyat axtarışına yeni perspektivlər açır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
