Logo
    main-post-cover

    Erkən kainatda biloji həyat üçün vacib olan kimyəvi elementlərdən biri aşkar edilib

    Elm & Texnologiya
    07.06.2024
    Emil
         Astronomy & Astrophysicals adlı jurnalda dərc edilmiş tədqiqata əsasən alimlər çox vacib bir kəşfə imza atıblar. Belə ki, onlar James Webb kosmik teleskopundan istifadə edərək Böyük partlayışdan cəmi 350 milyon il sonra formalaşmış qalaktikada həyat üçün vacib olan kimyəvi elementlərdən birini aşkar ediblər. Söhbət, karbondan gedir. Daha öncə isə düşünülürdü ki, karbon kainatın yaranmasından çox uzun illər sonra əmələ gəlib. Bu kəşf həyat üçün münbit şəraitin kainat tarixinin əvvəlindən mövcud olması ehtimalını yüksəldir. Astronomların sözlərinə əsasən onlar karbonun mövcudluğuna dair indiyənə kimi bilinən ən erkən işarələri aşkar ediblər.
         Bioloji həyat növünün qurulmasında iştirak edən vacib kimyəvi elementlərdən biri olan karbon bizdən çox uzaqda yerləşən ən erkən qalaktikalardan birində aşkar edilib. Buna görə də alimlər hesab edirlər ki, bioloji həyat növünün formalaşması üçün lazım olan münbit şərait kainat tarixinin ən erkən zamanlarında mövcud olmuş ola bilər. Alimlər hesab edirlər ki, kosmosda karbon ilk ulduzların ölümləri ilə nəticələnmiş supernova partlayışları sayəsində əmələ gəlib. Tərkibində karbonun aşkar edildiyi qədim qalaktika kompakt ölçülüdür. Alimlərin hesablamalarına əsasən onun ölçüsü Süd Yolu qalaktikasının ölçüsündə 100 000 dəfə kiçikdir və o hələ böyük qalaktikanın rüşeymi rolunda çıxış edir.
        Kompakt ölçüdə olmasına baxmayaraq sözügedən qədim qalaktika böyük kütləyə sahibdir. Bu isə təəccübləndirici bir faktordur. Alimlər karbonun əmələ gəlməsindən DNT-nin əmələ gəlməsinə kimi uzun bir yolun olduğunu qəbul etsələr də, əsas olan erkən kainatda bioloji həyat üçün vacib kimyəvi elementin mövcud olmasıdır. Kainatın ilk yüz milyon ili yaşında o tamamilə hidrogendən, heliumdan və kiçik miqdarda litiumdan təşkil edilmişdi. Yerdə qalan digər kimyəvi elementlər isə ilk ulduzların tərkiblərində formalaşıb və onlar kosmosa həmin ulduzların partlayışları nəticəsində yayılıblar. Hər yeni nəsil ulduz sayəsində kainat daha ağır elementlərlə zənginləşib.
         Müəyyən müddətdən sonra isə daş səthli planetlər formalaşıb və onlardan biri kimi tanınan Yer kürəsində bioloji həyat növü yaranıb. Karbon öz növbəsində ulduzların ətrafında olan kosmik disklərdə yığılmış ola bilər. Məhz həmin disklərdən planetlər formalaşıb. Daha öncə düşünülürdü ki, kainatda karbon Böyük partlayışdan 1 milyard il sonra əmələ gəlib. Bəzi mütəxəssislər hesab edirlər ki, karbonun aşkar edilməsi əsasında bioloji həyat növünün yaranması ehtimalını qurmaq düzgün deyil. Belə ki, ilk ulduzlar daha böyük kütləyə sahib idilər və onlar tez məhv olurdular. Buna görə də əgər onların ətraflarında planetlər formalaşıblarsa da, erkən kainat dövründə həmin planetlərdə potensial bioloji həyat növünün yaranması ehtimalı həddindən artıq kiçikdir.
    Paylaş
    Bənzər xəbərlər
    tedqiqatcilar-inqilabi-naziklikdeki-filtrle-adi-eyneklere-gece-gorme-qabiliyyetini-qazandira-bilibler
    Elm & Texnologiya

    Tədqiqatçılar, inqilabi naziklikdəki filtrlə adi eynəklərə gecə görmə qabiliyyətini qazandıra biliblər!

    Gecə görmə texnologiyası, tezliklə mürəkkəb sistemlərdən adi eynəklərə keçə bilər. Tədqiqatçılar, inkişaf etdirdikləri ultra nazik infraqırmızı filtrlə bunun mümkün ola biləcəyini göstəriblər.
    insan-beyni-dusunulduyunden-10-defe-daha-cox-melumati-ozunde-saxlaya-biler
    Elm & Texnologiya

    İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər

    Uzun müddət ərzində hesab edilirdi ki, neyronlar arasında məlumatların ötürülməsini təmin edən sinapslar ölçü və güc baxımından məhduddurlar.
    sud-yolu-qalaktikasinin-merkezinde-potensial-yeni-nov-ulduzlar-kesf-olunub
    Elm & Texnologiya

    Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub

    Atronomlar Süd Yolu qalaktikasının mərkəzindən 1 işıq ili radiusunda potensial yeni növ ulduzları kəşf etmiş ola bilərlər. Məlumata əsasən potensial olaraq kəşf edilmiş yeni növ ulduzlar sirli qaranlıq materiya hissəciklərinin məhv olmaları hesabına mövcuddurlar.
    sud-yolu-qalaktikasinda-her-il-hansi-sayda-ulduz-olur
    Elm & Texnologiya

    Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?

    Gecə səmaya nəzər yetirsək, qədim insanların minlərlə və hətta on minlərlə il bundan öncə görmüş olduqları ulduzları görəcəyik. Lakin kosmos dəyişir. Yeni ulduzlar formalaşdıqca daha köhnələri öz fəaliyyətlərini yekunlaşdırırlar.
    bu-yuzilliyin-sonuna-kimi-insanlar-su-qitligi-problemi-ile-qarsilasacaqlar
    Elm & Texnologiya

    Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar

    Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.