Estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan elektromobil batareyası yaradıblar

Estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan elektromobil batareyası yaradıblar

Texnologiya
14.09.2020 PAYLAŞIM

    Elektromobillərin məşhurluqları artdıqca sürətli şarj texnologiyasına sahib batareyalara tələbat da artır. Hal hazırda bu mövzuda olan texnologiyalar ideallıqdan uzaqdılar. Lakin yaxın müddət bu vəziyyət dəyişə bilər. Belə ki, estoniyalı mütəxəssislər 15 saniyə ərzində şarj olunan batareyanı yaratdıqlarını elan ediblər. Bununla yanaşı yaradılmış yeni növ batareya hətta 1000 dəfə şarj dövründən sonra da öz effektivliyini olduğu kimi saxlayır. Bu barədə 4pda saytı xəbər verib. Estoniyanın Skeleton Technologies şirkətinin təmsilçilərinin fikirlərinə əsasən litium-ion batareyalar və hidrogen yanacağı elementləri lazımi səviyyədə şarj sürətini təmin edə bilmirlər.

    Bu problemi aradan qaldırmaq üçün böyük həcmə sahib və 15 saniyə ərzində şarj olunan superbatareya yaradılıb. Məlumatda qeyd edilib ki, yaradılmış batareya hətta 100.000 dəfə şarj dövründən sonra da öz həcmini qoruyub saxlayır. Estoniyalı mütəxəssislər əmindirlər ki, bu yeni texnologiya sayəsində qazıntı yanacaq növlərindən tamamilə imtina etmək mümkün olacaq. Skeleton Technologies şirkəti yaradılmış yeni texnologiya barəsində konkret məlumatlar verməkdən imtina edib. Şirkət sadəcə qeyd edib ki, sözügedən texnologiya patentləşdirilmiş karbon nanomaterialdan hazırlanıb.


    Batareyanın özü isə qrafen əsasa sahibdiir və həm superkondensatorun həm də litium-ion batareyaların üstünlüklərini birləşdirir. Məlum olub ki, estoniyalı mütəxəssislərin bu layihəsi təcrübə mərhələsindən daha da irəli gedib. Belə ki, şirkət böyük avtomobil istehsalçılarından birinə bu batareyaların istehsalı üzrə müqavilə bağlayıb və müqavilənin dəyəri 1 milyard dollardır. Gözləntilərə əsasən yeni növ batareyaların istehsalına 2023-cü ildə start veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung tarixində ilk: Exynos 1000 çipseti Snapdragon 875-i testlərdə keçdi

Samsung-un yeni Exynos 1000 çipseti testlərdə Snapdragon 875-i geridə qoydu.


NASA yeni raket mühərriklərini 3D Çap üsulu ilə istehsal edəcək

NASA RAMPT adlı proyekti ilə yeni raket mühərriklərini 3D Çap üsulu ilə istehsal edəcəyini elan etdi..


Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib: Sürücü yatmış və..

Avtopilot sisteminə sahib Tesla Model S elektromobili yenə yol hərəkəti hadisəsində iştirak edib. La..


Nvidia-ın əsl əjdahası RTX 3090 videokartının performans test nəticələri yayımla..

Nvidia şirkətinin RTX 3000 seriyasındakı ən güclü videokartı olan RTX 3090-ın benchmark nəticələri o..


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..

×