Ethereum-un yaradıcısı Vitalik Buterin: 'Bir neçə ildən sonra Ethereum, Visa-nı əvəz edəcək'
Elm & Texnologiya
19.09.2017
Emil Nəcəfov
Ethereum-un yaradıcısı Vitalik Buterin-in fikrincə artıq gələn
ildən başlayaraq Ethereum blockchain-i, Visa kimi böyük maliyyə servisləri üçün
real problem ola bilər. Techcrunch Disrupt tədbiri iştirakçılarının suallarını
cavablandıran zaman Buterin bildirib ki, blockchain texnologiyalarının, ənənəvi
sahələrə keçidini reallaşdırmaq mövzusunda təhlükəsizlik ən böyük problemlərdən
biridir.
Lakin bu problem aradan qaldırılandan sonra tokenlərin, ciddi maliyyə
biznesinə daxil olmasına və ənənəvi Visa sistemini əvəz etməsinə heçnə mane
olmayacaq. Blockchain ətrafında yaranmış böyük səs küyə baxmayaraq bu
texnologiyadan istifadə edən tətbiqlər hələ də yaxşı şəkildə inkişaf etməyiblər
ki, onlardan daha geniş sahələrdə istifadə etsinlər.
Lakin bir neçə ildən sonra və ya yaxın zamanda Ethereum kimi
olan blockchain texnologiyalar, müxtəlif sahələr üçün qıcıqlandırıcı faktror rolunu oynayacaqlar. Bununla yanaşı Buterin düşünürsə ki, Ethereum, Visa-nı əvəz
edə biləcək potensiala sahibdir, Amazon Web Services kimi böyük bulud
texnologiyaları barəsində onun fikirləri tamamilə fərqlidir. Bulud sənayesini əvəz
etmək üçün blockchain, özəl şirkətləri inandırmalıdır ki, onun desentralizasiya
strukturu, konfidensial kontentin yerləşdirilməsi üçün lazımi təhlükəsizliyə
sahibdir.
Buterin-in fikrincə bu, yaxın bir neçə il ərzində baş verməyəcək. Son
günlərdə kriptovalyutalar bazarında vəziyyət qeyri-stabildir. Belə ki, Çində
ICO-ya qadağa qoyulduğu üçün bitcoinin qiyməti gah düşür, gah da qalxır. Bugün
paylaşdığımız məlumata əsasən isə Çində həmçinin bitcoinin alışı və satışına da
qadağa qoyulması düşünülür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!