Çin, ICO-dan sonra bitcoin alış-satışına da qadağa qoymağa hazırlaşır
Digər
19.09.2017
Farid Pardashunas
Çinin nizamlayıcı orqanları, bitcoin alışı və satışı ilə məşğul olan kanalların tamamilə qadağan olunmasına qərar verib.
Bu barədə The Wall Street Journal, öz mənbələrinə istinadən xəbər verib. Sentyabr ayının əvvəlində Çin höküməti, ICO-nun keçirilməsinə və bir sıra məlumatlara əsasən kriptovalyuta birjalarının işinə qadağa qoydu. Məlumata əsasən 15 Sentyabr tarixində Çin hökümətinin təmsilçiləri, Çinin, kriptovalyuta sahəsində çalışan böyük şirkət rəhbərləri ilə gizli görüş keçirdib. Həmin görüşdə daha irimiqyaslı qadağa planlarından söhbət gedib.
Əsasən bitcoin alış və satışının qadağası məsələsi həmin görüşün əsas mövzusu olub. Bu qadağa, xarici kriptovalyuta birjalarına və WeChat messencerində bitcoinlərin satışı ilə bağlı müqavilələrə də şamil oluna bilər. Son günlərdə bitcoin istifadəçiləri, WeChat-dan Telegram-a keçid ediblər. Sözügedən görüşdə təqdim olunmuş sənədə əsasən Çin höküməti, 20 Sentyabr tarixinə kimi kriptovalyuta birjalarından, fəaliyyətlərini dayandırmağı və bank akkauntlarının məlumatlarının təqdim edilməsini tələb edir.
Hal hazırda Çin höküməti, kriptovalyuta birjalarına qadağa qoyulmasını rəsmi olaraq təsdiqləməyib. Lakin, BTCC, Huobi və OKCoin kimi böyük birjalar bu ticarətin dayandırılmasına söz veriblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!