Ethereum-un yaradıcısı Vitalik Buterin: 'Bir neçə ildən sonra Ethereum, Visa-nı əvəz edəcək'

Ethereum-un yaradıcısı Vitalik Buterin: 'Bir neçə ildən sonra Ethereum, Visa-nı əvəz edəcək'

Texnologiya
19.09.2017 PAYLAŞIM

Ethereum-un yaradıcısı Vitalik Buterin-in fikrincə artıq gələn ildən başlayaraq Ethereum blockchain-i, Visa kimi böyük maliyyə servisləri üçün real problem ola bilər. Techcrunch Disrupt tədbiri iştirakçılarının suallarını cavablandıran zaman Buterin bildirib ki, blockchain texnologiyalarının, ənənəvi sahələrə keçidini reallaşdırmaq mövzusunda təhlükəsizlik ən böyük problemlərdən biridir.

Lakin bu problem aradan qaldırılandan sonra tokenlərin, ciddi maliyyə biznesinə daxil olmasına və ənənəvi Visa sistemini əvəz etməsinə heçnə mane olmayacaq. Blockchain ətrafında yaranmış böyük səs küyə baxmayaraq bu texnologiyadan istifadə edən tətbiqlər hələ də yaxşı şəkildə inkişaf etməyiblər ki, onlardan daha geniş sahələrdə istifadə etsinlər.


Lakin bir neçə ildən sonra və ya yaxın zamanda Ethereum kimi olan blockchain texnologiyalar, müxtəlif sahələr üçün qıcıqlandırıcı faktror rolunu oynayacaqlar. Bununla yanaşı Buterin düşünürsə ki, Ethereum, Visa-nı əvəz edə biləcək potensiala sahibdir, Amazon Web Services kimi böyük bulud texnologiyaları barəsində onun fikirləri tamamilə fərqlidir. Bulud sənayesini əvəz etmək üçün blockchain, özəl şirkətləri inandırmalıdır ki, onun desentralizasiya strukturu, konfidensial kontentin yerləşdirilməsi üçün lazımi təhlükəsizliyə sahibdir.

Buterin-in fikrincə bu, yaxın bir neçə il ərzində baş verməyəcək. Son günlərdə kriptovalyutalar bazarında vəziyyət qeyri-stabildir. Belə ki, Çində ICO-ya qadağa qoyulduğu üçün bitcoinin qiyməti gah düşür, gah da qalxır. Bugün paylaşdığımız məlumata əsasən isə Çində həmçinin bitcoinin alışı və satışına da qadağa qoyulması düşünülür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi brendi özünün Redmi Watch adlı ilk smart saatını təqdim edib - QİYMƏTİ..

Yeni smartfonlarla birlikdə Xiaomi-nin Redmi brendi həmçinin özünün Redmi Watch adlı ilk smart saatı..


SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla..

SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət e..


Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını y..

Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yara..


İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal ol..

Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayd..


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..

×