main-post-cover

    Evan Blass Galaxy S9-un yeni fotolarını təqdim etdi

    Elm & Texnologiya
    06.02.2018
    Emil Nəcəfov
    Məşhur insayder Evan Blass öz Twitter səhifəsində Galaxy S9 və S9+ modellərinin yeni fotolarını paylaşıb.
    Təqdim olunmuş yeni fotolarda smartfonları hər tərəfdən müşahidə etmək olar. Beləliklə fotolardan da görmək olar ki, yeni modellər keçən ilki Galxy S8S8+ smartfonlarından xarici görünüşcə heç də fərqlənməyəcəklər. Şüşə və metaldan hazırlanmış həmin korpus, nazik çərçivələrə sahib həmin böyük ekran ölçüsü.

    Dizayn baxımından dəyişiklik yalnız barmaq izi skanının yerləşdiyi yerə şamil olunub. Belə ki, yeni modellərdə o, arxa kameranın alt hissəsində yerləşəcək. Galaxy S9+ modelini adi Galaxy S9-dan fərqləndirəcək cəhət isə onun ikili arxa kameraya sahib olmasıdır. Qeyd etmək lazımdır ki, yeni Galaxy S seriyasının modelləri 25 Fevral tarixində təqdim olunacaqlar. Onların 16 Mart tarixində isə satışa çıxmaları gözlənilir.

    Linki kopyala