main-post-cover

    Evan Blass, HTC U12 Plus-ın fotosunu və məlumatlarını təqdim etdi

    Elm & Texnologiya
    16.03.2018
    Emil Nəcəfov
    Məşhur insayder Evan Blass HTC şirkətinin yeni flaqman modeli olacaq U12 Plus-ın fotosunu və bir sıra texniki özəliklərini paylaşıb.
        İlk əvvəl güman olunurdu ki, şirkətin yeni flaqman modeli U12 adlanacaq. Lakin görünür, bu belə olmayacaq. HTC U12 Plus modeli 6 inç-lik WQHD+ ekranla təchiz olunacaq. Təqdim olunmuş fotodan da görmək olar ki, smartfonun ön panelində ikili kamera yerləşdirilib. Məlumata əsasən ön kamera 8 MP-lik olacaq. Arxa paneldə isə 16 MP + 12 MP ikili kamera yerləşdiriləcək. Həmçinin ikili arxa kameranın alt hissəsində barmaq izi skanı yerləşəcək.

        Texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 845 posessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD dəstəkli) və 3420 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq və həmçinin ikinci nəsil Edge Sense texnologiyasını əldə edəcək. Bir neçə müddət bundan öncə Evan Blass məlumat vermişdi ki, smartfon Aprel ayında təqdim olunacaq. Lakin istehsalat problemi nəticəsində təqdimatı May ayına təxirə saldılar. Qeyd etmək lazımdır ki, HTC şirkəti bu il U12 Plus modelindən başqa həmçinin Desire 12Desire 12 Plus adlı büdcəli smartfon modellərini də təqdim edəcək.
    Linki kopyala