Əyilə bilən Galaxy X'in qiyməti 2000 dollara yaxın olacaq
Elm & Texnologiya
14.06.2018
Emil Nəcəfov
Kitab kimi bükülən smartfonlar barəsində
danışıqlar artıq uzun illərdir ki, gedir. Bu cür smartfonu ilk istehsal edəcək
şirkət Samsung ola bilər. Onun belə bir smartfonunu isə Galaxy X adlandırırlar.
Analitiklərin fikrincə həmin smartfon premium deyil super premium olacaq.
Onların fikrincə sözügedən smartfon çox bahalı olacaq və onun qiymət göstəricisi
hal hazırki iki flaqman smartfonun qiyməti səvyyəsində olacaq. Golden Bridge
Investment şirkətinin təmsilçilərinin hesablamalarına görə smartfonun qiyməti
1850$ təşkil edəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda Galaxy
S9-un qiyməti 720$, Galaxy S9 Plus-ın qiyuməti isə 840$-dır. Bu cür qiymət göstəricisini
nəzərə alaraq demək olar ki, çox güman ki, smartfon məhdud sayda satışa
çıxacaq. Bundan əlavə olaraq məlumatlar yayılıb ki, Samsung şirkəti Galaxy X
smartfonunu gələn ilin Fevral ayının sonunda keçirilıəcək MWC 2019 tədbirində təqdim
edəcək. Lakin çox güman ki, təqdimat qapalı qapılar arxasında şirkət əməkdaşları
və tərəfdaşlar üçün baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!