
Facebook öz Messenger'nə pul köçürmələrini əlavə etmək istəyir, lakin banklar razılaşmır
Elm & Texnologiya
07.08.2018
Emil
The Wall Street Journal saytının verdiyi məlumata əsasən
banklar öz müştərilərinin tranzaksiya məlumatlarını paylaşmağa razı olsalar
Facebook şirkəti Messenger-ə pul köçürmələri funksiyasını əlavə etməyə hazır
olacaq. İstifadəçilərin Messenger vasitəsilə bir-birilərinə pul köçürmələrini və
alış-veriş etmələri üçün Facebook təmsilçiləri ABŞ bankları ilə danışıqlar
aparır. Bu cür təklif ilə Facebook artıq JPMorgan Chase, Wells Fargo, Citygroup Inc və U.S.
Bancorp kimi banklara müraciət edib.
Lakin bir neçə müddət bundan öncə
Cambridge Analytica şirkəti ilə baş vermiş qalmaqaldan sonra banklar
Facebook-un güvənliyinə şübhə ilə yanaşırlar. Onlar əsaslı şəkildə qorxurlar ki,
müştərilərin konfidensial məlumatları üçüncü tərəfin əlinə keçərək heç də yaxşı
olmayan işlərdə istifadə oluna bilər. Çoxlu müştəri cəlb etmək və mobil ödəmələrin
sayını artırmaq üçün milyardlarla istifadəçi kütləsinə sahib online
platformalara çıxış fikri yarananda banklar böyük təzyiqlər ilə qarşılaşırlar.
Bir qayda olaraq bu cür platformalar reallaşdırılan tranzaksiyalar üzərində tam
idarəni banklardan tələb edirlər. Məsələn Facebook şirkəti Messenger-dən kənarda
istifadəçilərin harda alış-veriş etdikıləri və kredit ilə debet kartlarla ödəniş
məlumatlarını tələb edir. Əməkdaşlıq məsələsində Google ilə Amazon şirkətləri də
bu məlumatları banklardan tələb edirdilər. JPMorgan Chase bankı artıq bu cür təklifdən
imtina edib və o, müştərilərin tranzaksiya məlumatlarını paylaşmaq istəmir.
Ümumiyyətlə ABŞ-ın bank sektoru konservativ olaraq qalır və innovativ qərarları
çox ləng şəkildə tətbiq edir.
Paylaş
Bənzər xəbərlər