main-post-cover

    Facebook şirkəti Dating tanışlıq servisinin Avropada istifadəyə verilməsini təxirə saldı

    Elm & Texnologiya
    13.02.2020
    Farid Pardashunas
        Facebook şirkətinin Dublindəki ofislərində axtarışlar aparılıb. Qeyd etmək lazımdır ki, şirkətin Avropadakı əsas idarəedici mərkəzi məhz Dublində yerləşir. Bu barədə CNN saytı xəbər verib. İrlandiya hökuməti şirkətin Avropada öz Dating servisini işə salmağa hazırlaşmasını biləndən sonra bu yoxlamalara start verib. Şirkət öz Dating servisini Avropada bugün işə salmalı idi. 3 fevral tarixində bu barədə ilk öncə İrlandiyanın məlumatlar təhlükəsizliyi üzrə komissiyası xəbər tutdu.
        İrlandiya hökumətinin verdiyi məlumata əsasən məlumatların qorunmasına təsirin qiymətləndirilməsi üzrə şirkət onlara heç bir məlumat və ya sənəd təqdim etməyib. “Sənədlərin əldə edilməsinin sürətləndirilməsi üçün hüquqi şəxslər Facebook ofislərində axtarış keçirdərək həmin sənədləri əldə ediblər” - deyə məlumatda qeyd edilib. 11 fevral tarixində Facebook şirkəti İrlandiya hökumətinə bildirib ki, o, Dating servisinin işə salınmasını təxirə salıb.
        Şirkət qeyd edib ki, sözügedən məhsulun tam hazır olmasında əmin olmaq üçün və onu Avropa bazarında təqdim etmək üçün ona daha çox zaman lazımdır. Bununla yanaşı şirkət təmsilçisi qeyd edib ki, onlar servisin istifadəyə verilməsi sorğusunu göndərəndə şirkətə məlumatların qorunmasına təsirin qiymətləndirilməsi öhdəliyi verilməmişdi. Qeyd etmək lazımdır ki, komissiya 2018-ci ildən bu günə kimi ilk dəfə böyük İT şirkətin ofislərində axtarış aparıb.. Facebook şirkətinin Dating servisi keçən ilin sentyabr ayında ABŞ-da istifadəyə verilmişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər