Facebook-un smart eynəyi barəsində yeni məlumatlar verilib: Bu cür eynək nə zaman satışa çıxacaq?
Elm & Texnologiya
07.01.2021
Emil Nəcəfov
Facebook şirkətinin hardware şöbəsinin rəhbəri Andrew Bosworth-un sözlərinə əsasən Facebook rəhbərliyi yeni məhsulun tez bir zamanda satışa çıxarılmasında maraqlıdır. Söhbət, artırılmış reallıq eynəyindən gedir. Bununla yanaşı Andrew şirkətin bu yeni cihazı barəsində bəzi məlumatları verib və onun təqribi satış vaxtını qeyd edib. Bu barədə 4pda saytı xəbər verib.
Beləliklə Andrew Bosworth-un sözlərinə əsasən Facebook-un smart eynəyi bu il satışa çıxacaq. O həmçinin qeyd edib ki, sözügedən cihazda digər artırılmış reallıq cihazlarında olduğu kimi real ətraf mühitin üzərinə rəqəmsal obyektlərin yerləşdirilməsi texnologiyasından istifadə olunmayacaq. Facebook-da hətta bu eynəyi smart eynək adlandırırlar və artırılmış reallıq anlayışından istifadə etmirlər.
Facebook-un əsas məqsədi klassik eynək tərzində bir məhsul satışa çıxartmaqdır. Bu halda istifadəçi həmin eynəkdən hər gün istifadə edə biləcək. Artıq məlumdur ki, bu cür smart eynək Ray-Ban şirkətinə daxil olan Luxottica adlı şirkət ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq. Facebook əmindir ki, smart eynəklər nəticədə smartfonları sıxışdırıb aradan çıxardacaqlar.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!