main-post-cover

    Falcon Heavy bugün Marsa yola düşəcək (VİDEO)

    Elm & Texnologiya
    06.02.2018
    Farid Pardashunas
    Bugün Elon Musk-ın “SpaceX” şirkəti ilk dəfə Falcon Heavy raketinin test uçuşunu reallaşdıracaq.
        Uçuşun startı Bakı vaxtı ilə təqribi olaraq 23:00-dan sonra olacaq. Şirkət üçün vacib olan bu hadəsinin keçirilməsi münasibətilə o, uçuşun imitasiyasını təsvir edən 3D videonu təqdim edib. Həmin videoda bu uçuşun necə reallaşacağı əks olunub. Qeyd etmək lazımdır ki, Falcon Heavy tarix ərzində insan tərəfindən yaradılmış ən güclü raketdir.
        Onun yük daşıma gücü 64 tondur. Maraqlısı ondadır ki, Falcon Heavy üçün seçilmiş vacib yük qismində Musk-ın şəxsi Tesla Roadster avtomobili olacaq. Onun daxilində isə süni astronavt yerləşdiriləcək. Beləliklə Falcon Heavy Mars planetinə adi yükün yerinə elektromobil aparacaq. Musk-ın ideyasına əsasən bu avtomobil milyardlarla il ərzində Mars planetinin orbitintə qalacaq. Sonda olan video isə start uçuşu zamanı işə düşəcək canlı yayımdır. İzləməyi unutmayın.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər