
“Front end”,”Back end”,”Full stack” developer kimdir? Fərqləri nələrdir?
Elm & Texnologiya
07.05.2017
Farid
Üzvü olduğumuz rəqəmsal dünyanın hər bir
elementinin bir kod parçasından ibarət olduğunu yaxşı bilirik. İnternet saytlar, tətbiqlər, alətlər və virtual dünyada mövcud olan digər elementlər. Hər
bir proqramın, saytın arxasında böyük bir əmək və sətirlərlə kod dayanır. Sadə
bir əməliyyatı həyata keçirmək üçün kodlar üzərindən 10-larla sorğular həyata
keçirilir. Bəs bu dünyanın əsas memarları kimlərdir? Günümüzdə bütün dünyada məşhur
olan və son vaxtlar Azərbaycanda da sayları kifayət qədər artan bu mühəndislər
- developerlərdir.
Bu məqaləmizdə developerlərin doğru təsnifatı,
onların gördükləri iş və ən əsası hansı yolla developer biliklərinə sahib olub,
onlar kimi fikirləşmək haqqında yazacağıq. Məqaləni yazmaqda əsas məqsədimiz Azərbaycanda
developerlər haqqında formalaşmış fikirləri doğru istiqamətə dəyişməkdir. Şəxslər
və bu mövzuda kifayət qədər məlumatı olmayan şirkətlər, məhsul və xidmətləri
üçün sayt yaxud tətbiq hazırlatmaq istədikləri zaman developerlərə üz tuturlar.
Azərbaycanda "Front end”, "Back end”, "Full stack” developerlərin eyni qiymətləndirildiyi
bir şəraitində, developerlərin əsl problemi ortaya çıxır. Hər hansı bir
developeri tapıb, ona həm dizayn işləri, həm kod, həm də server təminatının
idarə olunmasını həvalə etmək istəyən müştərilər, işdən əslində xəbərsizdirlər.
Bir "web” layihənin ərsəyə gətirilməsi üçün sizə dizayner, "Front end”
developer, "Back end” developer lazımdır. Dizaynerlər haqqında bu məqalədə sizə
detallı məlumat vermişdik. İndi isə növbə developerlərdədir.
"Front end”, "Back end” və "Full stack” developerlər kimlərdir və hansı işləri görürlər?
"Front end” developer – Tutaq ki,
hər hansı bir şirkət "X” web
layihəsini sifariş edib. Belə olan halda ilkin olaraq web
layihənin detalları müştəridən alınır. Müştəri istəyinə uyğun olaraq saytın xəritəsi
tərtib olunur və saytın dizaynının hazırlanması dizaynerə əmanət olunur. Dizayner
öz növbəsində "Illustrator”,”Photoshop” və digər proqramların köməyi ilə web layihənin
dizaynının qrafik təsvirini çıxarır. Müştəri bu dizaynı bəyəndiyi halda, iş
"Front end” developerin önünə gəlir.
"Front end” developer layihənin dizaynını
koda daşıyan şəxsdir. "HTML”,”CSS” lazım olduqda "javascript” kodlaşdırma dillərindən
istifadə edərək, mövcud dizaynın kod təminatını həyata keçirir. Bəzən "Front
end” developerlər özləri dizaynı tərtib etmək bacarığına malik olurlar. "Front
end” developerin əlindən çıxmış kod funksionallığa və alqoritmik alt yapıya
sahib olmur. Yəni, sistemin çalışması üçün bu işin arxa tərəfində yazılması
lazım olan 100-lərlə sətir kod və alqoritmlər var. Qısacası web saytlarda bizim gördüyümüz
hissə "Front end” developerlərin əl işidir. Bir məhsulu rəqəmsal sektorda məhz, bu developerlər müştəriyə onların zövqünə uyğun şəkildə təqdim edir.
Məhz buna
görə də "Front end” developerlər də öz aralarında aşağıdakı şəkildə bölünür: "CSS/HTML
Developer”, "Front-end Web Developer”, "Front-end javascript Developer”, "Front-end
Software Developer”, "Front-end javascript Application Developer”, "Web/Front-end
user Interface Developer”, "Mobile/Tablet Front-end Developer”, "Front-end SEO
Expert”, "Front-end Accessibility Expert”, "Front-end Dev. Opts”, "Front-end
Testing/QA”

"Back end” developer – "Front end”
developerdən fərqli olaraq aysberqin görünən tərəfi ilə yox, məhz son, istifadəçinin görmədiyi ağır bir işi yerinə yetirir. "Back end” developerlər
serverlərdə, bulud yaddaşlarında işləməklə hər hansı web layihənin alqoritmik tərəfini
inşa edir. Məlumat bazasının qurulması, sorğuların göndərilməsi və yadda
saxlanılması və bu qəbildən 10-larla iş. "Back end” developerlər adətən bir neçə
proqramlaşdırma dillərində rahat işləmək bacarığına malik olurlar. Bir "Back
end” developeri, "Front end” developerdən fərqləndirən əsas cəhət, işinin daha
çox riyazi və məntiqi prosedurlar üzərində qurulmasıdır. Adətən filmlərdə
gördüyümüz uzun saçlı və saqqalı, özünə qapanmış, ətraf mühitlə əlaqəsini kəsmiş,
gecələri yatmayan və böyük monitorlardan istifadə edən developerlər məhz "Back
end”çilərdir. Bir "Back end” developeri özündən çıxarmağın ən sadə yolu isə ona
"Front end”lə bağlı tapşırıqlar verib, "Sən niyə bunu edə bilmirsən? Necə
developersən axı?” deməkdir.

"Full stack” developer – "Front
end” mövzularında olan suallardan bezən "Back end” developerin gəldiyi son nöqtə
"Full stack” developerlikdir. "Full stack” developerlər işin həm ön həm arxa tərəfini
inşa edən developerlərə deyilir. Tək bir şirkət kimi fəaliyyət göstərmək gücünə
malik olan bu developerlərə, 1 nəfərlik komanda desək yanılmarıq. Həm "Front
end”, həm "Back end” tərəfdə rahat çalışa bilən bu adamlar böyük məntiqi təfəkkürə, eyni zamanda bunu istifadəçiyə çatdıra biləcək təqdimetmə bacarıqlarına da
sahibdirlər. Beləliklə, "Full stack” developer, həm "Front end”, həm də "Back
end” developerin işini eyni anda görən adama deyilir.
İlkin
olaraq developerlər haqqında qısa bölgüyə nəzər saldıq. Ancaq çox təəssüf ki,
ölkəmizdə bu anlayışı qəbul edən kifayət qədər developer və müştəri yoxdur. Azərbaycanda
"Front end” developerin işini, "Back end” developerə, eləcə də bunun əksini edən
müştərilər, yaxud daha çox pul qazansın deyə texniki bilikləri olmadığı halda
bütün işi öz üzərinə götürən developerlər mövcuddur. Belə halda isə həm müştəri
narazı qalır həm də işi götürən developer xətaları düzəltməkdən və sifarişləri
yerinə yetirməkdən özü bezir.
Belə bir vəziyyətdə Azərbaycanda peşəkar səviyyədə "Front end” yaxud "Back end” developer necə olmaq olar?
Nəzərə alsaq ki, hər
gün, daha doğrusu hər saat inkişaf edən rəqəmsal iqtisadiyyatın bir parçası
olmaq günümüzdə artıq mütləq bir hal alıb. Azərbaycanda kifayət qədər developer
və proqramçının yetişməməsi, orta məktəbdə və universitetdə bu sahəyə kifayət qədər
diqqətin olmaması, ölkəmizin digər MDB ölkələri ilə müqayisədə geri qaldığını
açıq-aydın göstərir.
Azərbaycanda olan developerlərin böyük əksəriyyəti isə bugünə
qədər öyrəndiklərini internet resursları, forumlar və YouTube üzərindən əldə ediblər. Amma
bir mütəxəssis kimi yetişməkdə və bir web layihənin hazırlanmasında sizə lazım
olan bütün bilikləri öyrədə biləcək, bir akademiya haqqında məlumat vermək
istəyirik. Cəmi 1 illik kurs keçməklə Azərbaycanda da kifayət qədər texniki
biliyə sahib olub, proqramçı olmağın mümkünlüyündən xəbəriniz varmı? Nəzərə
alsaq ki, bugün developerliyin sirrlərinə yiyələnən şəxs aylıq ortalama
1000-1500 manat qazanır. Nəzərə alsaq ki, qloballaşan və rəqəmsallaşan dünyaya
inteqrasiya üçün şirkətlər öz web səhifələrini hazırladır. Əgər peşəkar bir
proqramçı kimi gələcəyinizi qurmaq istəyirsinizsə bu proqrama mütləq nəzər
salın.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
