main-post-cover

    Galaxy A91 smartfonu Galaxy Note 10-nun bir özəlliyini əldə edəcək

    Elm & Texnologiya
    26.08.2019
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy Note 10 flaqman smartfonu Samsung şirkətinin 45 vatt gücündə sürətli enerji texnologiyasını dəstəkləyən ilk smartfonu oldu. Görünür, bu texnologiyanı yaxın zamanda daha bir Samsung smartfonu əldə edəcək. Bu barədə XDA-Developers saytı xəbər verib. Belə ki, şirkətin rəsmi saytında şarj texnologiyası ilə uyğunlaşa bilən smartfonlar siyahısında Galaxy A91 modeli ortaya çıxıb. Məlumata əsasən həmin smartfon 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli eneji yığma texnologiyasını əldə edəcək.
         Bundan əlavə olaraq 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasının dəstəkləndiyi smartfonlar siyahısında həmçinin Galaxy A90 modelini də görmək olar. Qeyd etmək lazımdır ki, bu smartfonlar SM-A908SM-A905 kod nömrələrinə sahibdirlər. Son məlumat sızıntılarına əsasən smartfonlar Full HD+ keyfiyyətli 6.7 düym OLED ekran, Snapdragon 855 prossessoru, kamera modullarından biri 48 MP-lik olmaqla üçlü arxa kamera və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqlar. Onlardan biri isə 5G şəbəkəsini dəstəkləyəcək. Çox güman ki, 5G şəbəkəsini dəstəkləyəcək model Galaxy A90 olacaq.
    Linki kopyala