main-post-cover

    Galaxy Note 10-nun super flaqman modelinin adı barəsində məlumat verildi

    Elm & Texnologiya
    15.04.2019
    Farid Pardashunas
        Məşhur çinli insayder Ice Universe bu il təqdim olunacaq Galaxy Note 10 smartfonunun super flaqman versiyasının necə adlanacağı barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Verilmiş məlumata əsasən Galaxy note seriyasının əsas cihazları SM-N9701 / SM-N975 seriya nömrlərinə sahib olacaqlar və Galaxy Note 10 / Galaxy Note 10 Pro adları ilə təqdim olunacaqlar.
        Maraqlısı ondadır ki, şirkət heç zaman öz flaqman smartfon seriyalarının cihazlarının adlarında Pro sözündən istifadə etməyib. Məsələn Galaxy S seriyasında şirkət Pro sözünü Plus ilə əvəz edib. Məlumata əsasən smartfon modellərindən biri 6.28 düym, digəri isə 6.75 düym ekrana sahib olmalıdır. Bununla yanaşı smartfonlar ikili və ya üçlü arxa kamera ilə də təchiz oluna bilərlər.
        İki modelddən əlavə olaraq şirkət həmçinin daha sadələşdirilmiş model olacaq Galaxy Note 10e-ni və 5G şəbəkə dəstəkli Galaxy Note 10 modelini təqdim etməyi planlaşdırır. Hər 4 smartfon modeli Snapdragon 855 / Exynos 9810 prosessoru və S Pen stilusu ilə təchiz olunacaq. Çox güman ki, yeni Galaxy Note 10 seriyasınmın təqdimatı bu ilin avqust ayında baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər