main-post-cover

    Galaxy S11 smartfon seriyası qlobal bazarda hansı prosessor ilə satışa çıxacaq?

    Elm & Texnologiya
    11.12.2019
    Farid Pardashunas
        Samsung şirkəti artıq bir neçə ildir ki, Snapdragon prosessorlu flaqman smartfon modellərini yalnız bir neçə ölkədə satışa çıxardır. Digər bazarlar üçün isə flaqman smartfonlarda Exynos prosessoru quraşdırılır. Lakin indi ortaya çıxmış məlumata əsasən şirkətin Galaxy S11 seriyasının çıxışı ilə Snapdragon prosessorlu smartfon modellərinin satış regionları artacaq.
        Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Samsung şirkəti Galaxy S11, Galaxy S11+ Galaxy S11e modellərini qlobal bazarda Exynos 990 yerinə Snapdragon 865 prosessoru ilə satışa çıxartmağı qərara alıb. İstisna olaraq yalnız Avropa bazarı çıxış edəcək. Avropada şirkətin flaqman smartfonları yenə də Exynos prosessorları ilə satışa çıxmağa davam edəcəklər.
        Məlumatda qeyd olunub ki, şirkətin bu cür qərara gəlməsinin əsas səbəbi ondan ibarətdir ki, Qualcomm şirkətinin prosessoru Exynos-dan daha güclüdür və onu bir sıra özəlliklərə görə üstələyir. Galaxy S11 smartfon seriyasının rəsmi təqdimat tarixi bilinmir. Lakin Ice Universe ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Galaxy S11 smartfon seriyası 18 fevral tarixində Galaxy Fold 2 ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər