main-post-cover

    Galaxy S8 Lite modelinin rəsmi render fotoları yayımlandı

    Elm & Texnologiya
    10.05.2018
    Farid Pardashunas
    Bir neçə müddət bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Çinin telekommunikasiya agentliyi olan TENAA-nın məlumatlar bazasında SM-G8950 kodlu smartfon barəsində məlumatlar ortaya çıxıb. Həmin xəbərin yayılmasından sonra bir çoxları düşündü ki, sözügedən smartfon Galaxy S8 Lite modelidir (bəzilərinin fikrincə isə Galaxy S9 Lite). İndi isə cihazın rəsmi render fotoları yayımlanıb. Lite versiyanın dizaynı tamamilə Galaxy S8S8 Plus modellərinin dizaynlarına bənzəyir. Belə ki, Lite versiya da şüşə korpusa sahibdir.

    Onun arxa panelində şirkətin loqosu, kamera və kameranın sağ tərəfində barmaq izi skanı yeri yerləşir. Smartfonun yuxarı hissəsində isə SIM kart və microSD girişi var. TENAA saytındakı məlumatlara əsasən Galaxy S8 Lite 5.8 inç FHD+ Infinity Display ekranı, Snapdragon 660 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 16 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki, smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Şayiələrə əsasən Galaxy S8 Lite 21 May tarixində Çində təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər