main-post-cover

    Galaxy S9-un ilk videosu sızdırıldı

    Elm & Texnologiya
    15.12.2017
    Farid Pardashunas
    “Samsung” şirkətinin yeni flaqman modeli olacaq Galaxy S9-un ilk videorenderi smartfonun maraqlı özəlliklərini ortaya çıxardıb.
    Məlumata əsasən bu video Galaxy S9-un fabrik çertyojları əsasında hazırlanıb. Videodan da görmək olar ki, Galaxy S9 əvvəlki modeldən fərqli olaraq bir qədər kiçik və qalındır.  Videoda əks olunmuş cihaza diqqətlə baxdıqda görmək olar ki, o, 5.66 inç ekrana sahib olacaq və ekranın kənarları əyilmiş şəkildə olacaq. Barmaq izi skanı isə arxa kameranın alt hissəsinə köçürülüb.
    Bundan əlavə məlum olub ki, ikili arxa kamera yalnız Galaxy S9+ modelində olacaq. Adi Galaxy S9 bir arxa kameraya sahib olacaq. Yandırıb/söndürmə düyməsi smartfonun sağ tərəfində, Bixby səsli köməkçi və səsin tənzimlənməsi düymələri isə smartfonun sol tərəfində yerləşəcək. Bununla yanaşı yeni smodel Galaxy S8 kimi 3.5 mm-lik audiogirişə, göz qişası skanına, USB Type-C girişinə və IP68 standartlı sudan və tozdan qorunma özəlliklərinə sahib nolacaq.
    ABŞ bazarı üçün Galaxy S9 Snapdragon 845 prosessoru, digər regionlar üçün isə Exynos 9810 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 4 GB RAM və 64 GB daxili yaddaşı özündə birləşdirəcək. Yeni Galaxy S modellərinin Fevral ayında keçiriləcək MWC 2018 tədbirində təqdim olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər